“Şənbə günləri tədrisin həyata keçirilməsi mümkündür“ - BŞTİ müdiri

22 Sen 2021 13:38
47

"Sıxlıq olan məktəblərdə təhsil müəssisələrinin rəhbərləri növbəliliyi təmin etmək məsələsində müstəqildirlər"

Ambur.az Lent.az-a istinadən xəbər verir ki, bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib. O bildirib ki, direktorlar problemi tənzimləmək üçün tədris prosesini növbəli şəkildə qura bilərlər:

"Əgər həqiqətən ciddi sıxlıq varsa, sıxlığın aradan qaldırılması üçün şənbə günləri də tədrisin həyata keçirilməsi mümkündür. Düzdür, şənbə günü ilə bağlı müəyyən problemlər yarana bilər, amma müəssisə rəhbərləri sorğu keçirərək buna əsasən işlərini qura bilərlər".

M.Vəliyeva qeyd edib ki, bu gün Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 310 məktəbdə əyani tədris bərpa olunub.
 

Oxşar xəbərlər