Sərhədlərin açılacağı ilə bağlı xəbərlərə rəsmi münasibət

07 İyn 2021 08:38
210

Dövlət Gömrük Komitəsi iyunun 15-dən etibarən ölkənin quru sərhədlərinin açılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

Ambur.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, komitənin mətbuat xidmətinin rəhbəri Natiq Axundov bildirib ki,sərhədlərin açılmasına dair qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir: “Hazırda belə bir qərar olmadığından bu kimi məlumatlar kimlərinsə təxəyyülünün məhsuludur.

Xatırladaq ki, gömrük orqanlarının sərhədlərin açılması ilə bağlı qərar vermək kimi bir səlahiyyəti yoxdur”. 

Oxşar xəbərlər