Sərnişin avtobusu aşdı, 30 nəfər yaralandı

10 Avq 2021 10:09
341

Türkiyənin Uşak bölgəsində Ankara-Uşak avtomobil yolunda sərnişin avtobusunun aşması nəticəsində 30 nəfər yaralanıb.

Ambur.az xəbər verir ki, məlumatı Türkiyənin NTV telekanalı yayıb.

Hadisə avtobus sürücüsünün idarəetməni itirməsi səbəbindən baş verib.

Hadisə yerinə təcili tibbi yardım heyəti, polis əməkdaşları və xilasedicilər cəlb olunublar.

Oxşar xəbərlər