Səudiyyə vəliəhdi borca görə həbs olunanlar üçün 3,5 milyon dollar ayırıb

07 May 2021 09:00
212

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Al Səud krallığın borc üzündən həbsdə olan 150-dən çox sakininə borcu ödəmək üçün 13 milyon Səudiyyə riyalı (təqribən 3,5 milyon dollar) ayırıb.

Ambur.az Ona.az-a istinadən xəbər verir ki, bu barədə “Saudiyya” agentliyi məlumat yayıb.

Sözügedən vəsaitin dünya müsəlmanlarının müqəddəs Ramazan ayı münasibətilə ayrıldığı bildirilib.

Həmçinin 87 milyon riyal (23 milyon dollardan çox) vəliəhd tərəfindən xeyriyyə məqsədləri üçün bağışlanıb.

Qeyd edək ki, aprel ayında Birləşmiş Ərəb Əmirliklərində də genişmiqyaslı xeyriyyə tədbiri elan edilib. Ehtiyacı olanlar üçün 100 milyon pors yemək paylanacağı vəd edilib.

Oxşar xəbərlər