Sevdiyi qızın başqasına verilməsinə görə bu görüntüləri çəkdi, sonra intihar etdi - VİDEO

04 Sen 2021 00:13
246

Ötən gün Ağcabədi rayonunda intihar hadisəsi baş verib.

Ambur.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, rayonun Aşağı Avşar kənd sakini, 2005-ci il təvəllüdlü Aqşin Əliyev özünü kənd ərazisindən keçən Qarabağ kanalına ataraq intihar edib.

16 yaşlı yeniyetmənin meyiti bu gün sudan çıxarılaraq ailəsinə təhvil verilib və o, kənd qəbiristanlığında dəfn olunub.

Məlumata görə, Aqşinin intiharına səbəb sevdiyi qızın başqasına verilməsi olub. O, canına qəsd etməzdən öncə intihar etdiyi ərazidə video da çəkib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər