Sevil Atakişiyevanın özünü binadan atması ilə bağlı cinayət işi başlanıldı

22 Fev 2021 17:36
17

Bakıda 20 yaşlı Sevil Atakişiyevanın intihar etməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Ambur.az "Report"-a istinadən xəbər verir ki, S.Atakişiyevanın fevralın 21-də saat 20 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən yeni inşa edilən binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı üzrə toplanan materiallar əsasında Xətai Rayon Prokurorluğunda Cinayət Məclləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

"Hazırda iş üzrə intensiv istintaq əməliyyat tədbirləri həyata keçirillir", - Baş Prokurorluqdan bildirilib.

Oxşar xəbərlər