Şeyx: “Qonağı çağırıb, sonra qonaqla belə rəftar etmək kişilikdən deyil...“ - VİDEO

30 İyn 2022 14:15
195

ARB kanalında yayımlanan “Həmin Zaur” verilişində aparıcı Zaur Kamalın İrandan dəvət etdiyi sənətçi Afşin Azərini canlı yayımdan qovması ictimaiyyətdə narazılıqla qarşılanıb.

Ambur.az bildirir ki, Yenicag.az-a açıqlama verən tanınmış rejissor və aktyor, Xalq artisti Şeyx Əbdül Mahmudbəyli aparıcının bu hərəkətini özbaşınalıq adlandırıb və telekanal rəhbərliyi tərəfindən ona qarşı ölçü götürülməsini tələb edib.

“Aparıcı heç kəsi nə təhqir edə, nə də qova bilər. Ən azından, dədəsinin studiyası deyil. Qonağı çağırıb onunla belə rəftar etmək kişilikdən deyil. İkincisi, kənarda danışdıqlarını efirə çıxarmaq özü də nakişilikdir. Sən o qədər özbaşınasan ki?…”

Qəzəblənən Şeyx Zaura səslənərək ona sərt ismarış yollayıb.

Daha ətraflı videonu təqdim edirik:
 

Oxşar xəbərlər