Siqaretin aksiz dərəcəsi artırıldı

29 Dek 2021 13:30
427

Gələn il yanvarın 1-dən siqaretə tətbiq olunan aksiz dərəcəsi artırılır.

Ambur.az-ın APA-ya istinadən məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Beləliklə, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə tətbiq olunan 35 manat aksiz dərəcəsi 38,5 manata qaldırılır.

Eyni zamanda qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının 1000 ədədinə tətbiq olunan 12,9 manat aksiz dərəcəsinin 14 manat qaldırılması təklif olunur.

Oxşar xəbərlər