“Siz deməyə çalışırsınız ki, müharibəni mən başlamışam“- İlham Əliyev

25 Okt 2020 08:06
241

Ambur.az xəbər verir ki, Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibə verib. 

Dövlət başçısı jurnalistin "Bir müddət əvvəl Sizinlə söhbət edərkən mühüm bir fikir irəli sürmüşdünüz, Dövlət Katibi Pompeo ilə müzakirələrinizdə demişdiniz ki, diplomatik həll var. Siz bu böhranın diplomatik həllinin olduğuna inanırsınızmı?" -sualına cavab olaraq deyib:

"Bəli, inanıram. Əks halda mən 17 il ərzində danışıqlarda iştirak etməzdim. Siz deməyə çalışırsınız ki, müharibəni mən başlamışam. Əgər müharibəyə mən başlamışamsa, niyə 17 il gözləyirdim. Azərbaycan Ordusu artıq azı 10 ildir ki, yaxşı hazırlaşıb. Ona görə də, diplomatik həll masa üzərindədir. Ermənistan Dağlıq Qarabağ ətrafındakı əraziləri boşaltmalıdır. Azərbaycanlılar həmin ərazilərə qayıtmalıdırlar, sonra ermənilərlə sülh və ləyaqət şəraitində yaşamalıdırlar. Bizim mövqeyimiz bundan ibarətdir".

Oxşar xəbərlər