“Sizi yetim qoyduğum üçün məni bağışlayın...“-İlkinin şəhid olmamışdan öncə ailəsinə yazdığı məktub

10 Yan 2021 18:06
323

"Şəhidlərə ölü deməyin! -deyən Allah bizə ölmədən əvvəl yerimizi göstərdi. Oranı görsən sən də şəhid olmaq istəyərsən.
Sizi orada gözləyəcəm, canım ailəm!"

Ambur.az bildirir ki, bu sözləri şəhid tabor komandiri, mayor Əhədzadə İlkin şəhid olmamışdan öncə ailəsinə yazdığı məktubunda qeyd edib.

"Məni bağışla təzə qönçə gülüm, həyat yoldaşım! Səni gənc yaşında dul qoyduğum üçün. Mən şəhid oldum, sən şəhid yoldaşı. Dünya həyatında yoxluğumun acısını yaşayacaqsan bəlkə..."Tabutumun başında məni niyə tək qoyub getdin?" deyərək göz yaşlarını damlatdın üzərimə. Mən sənsiz burada rahatammı düşünürsən? Bəs sənin namusuna ləkə gətirəcək alçaqlar ölkəmizi işğal etsəydi?! Bax həmin an mən həqiqətən ölmüş olardım. 
Sizi yetim qoyduğum üçün məni bağışlayın, övladlarım! O, balaca əllərinizi tutub, yanaqlarınızdan bir daha öpmək üçün nələr verməzdim. Sizdən heç doya bilmədim.
Sən məni ölü hesab etmə, oğlum! "Şəhidlərə ölü deməyin!" deyən Allah bizə ölmədən əvvəl yerimizi göstərdi. Oranı görsən sən də şəhid olmaq istəyərsən.
Sizi orada gözləyəcəm, canım ailəm!"


 

Oxşar xəbərlər