Son sutkada vaksinasiya olunanların sayı açıqlandı

06 Apr 2021 22:50
13

Azərbaycanda son sutkada koronavirusa qarşı peyvənd olunanların sayı açıqlandı.

Ambur.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, birinci mərhələ peyvənd olunanların sayı 20 min 459 təşkil edib, ikinci mərhələdə isə bu rəqəm 13 min 885 olub.

Ümumilikdə, indiyədək ölkədə 982 min 291 doz vaksin vurulub. Bunlardan 611 min 471-i birinci mərhələ, 370 min 820-si isə ikinci mərhələ vaksinasiyadır.

Oxşar xəbərlər