Sülhməramlı Xankəndi-Xocalı yolunda qəza törətdi - 4 nəfər öldü

12 Avq 2022 10:20
91

Qarabağda Xankəndi-Xocalı avtomobil yolunda ağır qəza baş verib. 

“Ambur.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb. 

Bildirilib ki, 1992-ci il təvəllüdlü Rusiya sülhməramlısı İ. Y-nın idarə etdiyi “HAVAL H9” markalı avtomobillə Xocalı rayonunun Dağyurd kəndində məskunlaşan erməni, 1996-cı il əvvəlüdlü E. Y-nin “VAZ-2107” markalı avtomobili toqquşub. 

Qəza nəticəsində “VAZ-2107”nin sürücüsü xəsarət alıb, xəstəxanaya yerləşdirilib. Elə həmin avtomobilin 4 qadın sərnişini isə yerindəcə keçinib.

İstintaq Komitəsi qəzanın təfərrüatlarını aydınlaşdırır.

Oxşar xəbərlər