Sumqayıtda 8 aylıq hamilə qadın intihar etdi

22 Sen 2022 13:13
114

Sumqayıtda 8 aylıq hamilə intihar edib.

Ambur.az xəbər verir ki, hadisə ötən gecə şəhərin Yaşıl dərə yaşayış massivində baş verib. Şəhər sakini Dadaşova Raya Elşən qızı gecə saatlarında Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Lakin onun artıq vəfat etdiyi məlum olub. Məlum olub ki, o, yaşadığı evdə kimyəvi maddə içərək özünü öldürüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər