Sumqayıtda gecə saatlarında ağaclar kəsilib - Fotolar

12 May 2021 11:44
61

Sumqayıt şəhərində gecə saatlarında ağaclar kəsilərək məhv edilib.

Ambur.az xəbər verir ki, hadisə Sülh küçəsində, 30-cu məhəllə ərazisində baş verib. Elektrik mişarı vasitəsilə yaş köküstə, bioloji inkişafda olan 50 illik şam və küknar ağacları doğranaraq məhv edilib. 

Sumqayıt Şəhər İcra Hakimiyyətindən Xeberle.com-a bildirilib ki, baş verən hadisədən xəbərdardırlar: “Hadisə yerinə baxış keçirilib, araşdırma aparılır. Məsələyə hüquqi qiymət veriləcək”.

Oxşar xəbərlər