Sumqayıtda keçiriləcək kitab sərgisində gənc yazar Aytən Eyvazonun kitabı da nümayiş olunacaq

11 May 2022 12:25
122

Sumqayıtda keçiriləcək kitab sərgisində gənc yazar, şairə Aytən Eyvazonun yeni çapdan çıxmış "Zülmət saçan çıraq" adlı kitabı da nümayiş olunacaq

Ambur.az xəbər verir ki, bu barədə müəllifin özü "Facebook" hesabında paylaşım edib: 
"Sumqayıtda keçiriləcək kitab sərgisində qismət olsa bizlər də iştirak edərik. Sizləri orada görmək xoş olar. 

Əziz dostlar, hər biriniz dəvətlisiniz!"

Məlumat üçün bildirək ki, sərgi 14 may, saat 14:00-da Sumqayıtda,  Kimyaçılar sarayının qarşısında olacaq. 

Müəllifin "Zülmət saçan çıraq" adlı bu kitabı dedektiv motivli romandır. Roman bir gənc jurnalistdən bəhs edir. Jurnalist əlində heç bir fakt və dəlil olmadan, sadəcə hisslərinə güvənib qəribə bir sirri araşdırmağa başlayır. Araşdırmaları nəticəsində qarşılaşdığı şahidin dedikləri, yaşadığı ağrı-acıları dinlədikcə heyrətdə qalır ki, uzun illər insanlardan belə bir böyük sirri necə gizlədə biliblər. Təsadüfən aşkarladığı bu dəhşətli sirri faş etmək onun tək məqsədinə çevrilir.

Xatırladaq ki, bundan öncə isə müəllifin 2 kitabı -"Dıli Sədo"(Qəlbin səsi) və "Jimoni Ahənq"(Həyatın ahəngi) adlı kitabları işıq üzü görüb. Hər iki kitab talış dilindədir.

Oxşar xəbərlər