Sumqayıtda mənzildə partlayış baş verib

02 Mrt 2021 23:54
25

Sumqayıt şəhərində mənzillərin birində partlayış baş verib.

Ambur.az xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayon, ev 27, mənzil 161-də baş verib. Belə ki, mənzilin vanna otağında qaz sızması güclü partlayışla müşayət olunub. Partlayışın gücündən mənzilin pəncərəli qırılıb, parçaları küçəyə dağılıb. Mənzildə olan əşyalar yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb. Müvafiq qurumların nümayəndələri hadisə yerinə cəlb olunub.

Partlayışla bağlı araşdırma aparılır

Oxşar xəbərlər