Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

15 Okt 2021 09:17
70

Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb.

Ambur.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin yanar konstruksiyaları 16 m² sahədə yanıb. Yüksək temperaturdan lambirindən ibarət tavan 7 m² sahədə və 1 ədəd plastik qapı əriyib. Yanğın zamanı tüstülənən mənzillərdən 15 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə edilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər