Suraxanıda lerikli şəhid Səxavət Hacıyevin 55 illik yubileyi ilə bağlı tədbir keçirilib - Fotolar

01 Dek 2021 18:24
180

Bu gün Suraxanı rayonu, Əmircan qəsəbəsi Dilarə Əliyev adına 3 nömrəli Uşaq İncəsənət məktəbində I Qarabağ müharibəsi şəhidi Səxavət Hacıyevin 55 illik yubiley mərasimi keçirilib.

Ambur.az-ın məlumatına görə, mərasimdə şəhidin ailə üzvləri, doğulub, qazilər, veteranlar, boya-başa çatdığı Lerik rayonunun Rvarud kənd sakinlərindən, Lerik Rayon İcra başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev, Milli Məclisin deutatlarından, başqa şəhid valideynləri, meyxanaçı Valeh Lerikli, yazarlar və digər qonaqlar iştirak edib.

Mərasimdə ilk olaraq vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Sonra şəhidlə bağlı hazırlanan videorolik təqdim edilib. Daha sonra Lerik Rayon İcra başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev, millət vəkilləri, şəhidin yaxınları, şəhid İman və Bəhrəm qardaşlarının atası Elman Məmmədzadə və digər şəxslər çıxış edib. Şəhidin göstərdiyi qəhrəmanlıqlarından, II Qarabağ müharibəsində qazandığımız qələbədən söz edilib. Məktəbin şagirdləri şeirlər səsləndirib, meyxanaçı Valeh Lerikli Səxavətə həsr etdiyi mahnısını ifa edib. Bundan başqa mərasimdə yazar Xalid Mahmudun şəhid Səxavət Hacıyevə həsr etdiyi "Vətən sənə oğul dedi" adlı kitabının da təqdimatı olub. 

Qeyd edək ki, Səxavət Əbi oğlu Hacıyev 01 dekabr 1966 Lerik rayonunun Rvarud kəndində anadan olmuşdur. 1974-1984 ci illərdə Rvarud kənd orta məktəbində oxumuşdur. 1984-ci ildə Bakı Politexnik Texnukumuna daxil olmuşdur. 1984-ci ilin noyabrından 1986-ci ilin noyabrına qədər Həqiqi Hərbi xidmətdə olmuşdur. Səxavət hərbi xidmətdən sonra texnikumda oxudu və 1989-ci ildə oranı bitirmişdir.

1992-ci ildə I Qarabağ müharibəsi zamanı Səxavət həmin ilin fevral ayının sonuncu günündə Bakıda Hərbi Qərargaha yollanır və könüllü olaraq Qarabağa gedir. Səxavətin ilk döyüş yeri qədim və əzəmətli Şuşa şəhəri olur. Cəsur igid burda neçə-neçə döyüşdə fərqlənir, döyüş dostlarını mübarizəyə ruhlandırır. Sonralar Naxçıvana yollanır və Sədərək uğrunda döyüşlərdə böyük igidliklər göstərdi, daha da mətinləşir. 1992-ci ilin dekabr ayında Səxavət yenidən Milli Qurtuluş tağımının tərkibində Qarabağda ağır və qanlı döyüşlərin iştirakçısı olur.

17 yanvar 1993-ci il tarixində Səxavətin sonunucu qəhrəmanlıq döyüşü olur. Döyüş Ağdərənin 1992-ci il martın 12-sində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Sırxavənd kəndi uğrundə gedir. Döyüşdə öz üzərinə çətin bir missiyanı götürən Səxavət düşmən maşınından gələn səngimiyən atəşləri susdurmaq üçün bir neçə qumbara götürərək düşmən maşınına yaxınlaşır və onları zərərsizləşdirir. PDM-in atdığı mərminin qəlpələri onu döş nahiyəsindən ağır yaralayır. Təcilli vertayotla Bakıya aparılaraq M.Nağıyev adına xəstəxanaya yerləşdirilir. Həkimlərin 8 günlük səyi və ağır cərrahiyyə əməliyyatları nəticəsiz qalır. 25 yanvar 1993-ci il tarixində cəsur Səxavət əbədi ölməzliyə qovuşur. Vətən uğrundakı, vətən borcunu şərəflə yerinə yetirir və müqəddəs şəhidlik zirvəsinə ucalır.

Allah rəhmət eləsin!

Oxşar xəbərlər