Şürük kəndinin tarixi

28 Noy 2020 11:55
862

Şürük kəndi iki hissədən ibarətdir. Bala Şürük və Şürük. Bala Şürük kəndi 19-cu əsrdə Kosalar kəndinin tərkibində olub və belə deyək, ilkin qədim Şürükün hissəsidir. Şürükün əsasın qoyan tayfalar məhz oradan çıxıblar. 

Şürük kəndinin 1819, 1829, 1849, 1863, 1873, 1886-cı illər üzrə əhali siyahıalınması (kameral təsvirlər) var və orada bir rus belə yaşamamışdır. 1819-cu ildən əvvəl də rusun yaşaması haqqında bir fakt yoxdur. Qaldı ki, dəyirmana rəhbərlik edib və s. elə bir şey də yoxdur. Əksinə 1863-cü ildə Səpnəkəran kəndinin dəyirmanına usta kimi nəzarət edən Daniil kişi olumuşdur, ( malakan olub) onun ölmündən sonra iki oğlu, İvan və Vasiliy bir müddət Səpnəkəranda yaşayımış və daha sonra Alekseyevka kəndinə köç etmişlər. Aleksandr falan yoxdur Şürükdə. Lap ola bilsin kimsə olsun pristav kimi ya nəzarətçi kimi, bu o anlama gəlmir ki, kəndin adı onunla bağlıdır. 

Talış diyarında bir çox toponimlər tayfa adlarının başçıları ilə bağlıdır. Bu haqda "Aləm Tv" internet televiziyyasında musahibə vermişəm. Şürük kəndində 19-cu əsrdə (1850-1860) xolera xəstəliyi yaranır və kəndin 70 faizi ölür , kəndin digər hissəsi Kosalara köçür və ya dağ tərəfə, sonra 1862-ci ildə yurdlarına qayıdırlar (təbii ki, ailə çox azalır). Amma bu da yenə kəndin yaranması və toponimi ilə aidiyyatı yoxdur. 

Şürük kəndində ən böyük tayfa Şahruxun (Şıhruh, Şıhrukə, Şıhruk) -Şahrux ata tərəfdən Astara şeyxlər nəslindən, ana tərəfdən Mehrani Ənuşirəvani tayfasıdır. Onlar Astaranın Butəsərindən (Pensər) köç edərək Kosalar ərazində məskunlaşmışlar. O ərazilər hamısı bu kişinin övladlarına məxsusdu. 1828 ci ildə muharibə zamanı törəmələrinin 90 faizi İrana köç etmiş, onlar rusdan xoşları gəlmirdi. Sual ortaya çıxır ki, bu Ənişirəvan nəsli nə məna? Talış xanlarından əvvəl talış hakimləri Mehrani, Ənuşirəvani adlanırdı  (bax: Əxbərnamə, Cəvahirnaməyi Lənkəran). Onlara aid şəcərənamələr də var. Onlar əsasən Şürükdən Astaranın düzən kəndlərinə kimi məskunlaşmışdılar. Rus İmperiya dövründə çoxu İrana köç etmişdir.

Bildiyimiz kəndin adı da onunla bağlıdır. Şahruxun mülkiyyət sənədləri 18-ci əsrə aiddir. Əxbərnamədə də o kəndin adı tutulur. Bu versiya yox həqiqətdi. Şahruxun digər təhrif olunmuş adı Şıx Uruxdur. Şıx Ruki kimidə yazılır. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu sülalənin törəmələrinin bir qismi həm də şıx (şeyx) kimi gedib. Əslində ərəbcə ada baxsaq original belə olacaq: Şeyx Ruknəddin talışca Şıx Ruki, Şıx Ruk, Şahruk, Şahrux və s. İndi də Kosalarda, Bala Şürükdə Şıx Sılmon (Suleyman) tayfası qalır, həmən tayfa Şıx Rukinin (Şahrukun) törəmələri sayılır. 

Beləliklə, Şürük kəndinin yaranması bu Şeyxin mülkiyyəti ilə bağlıdır. Şeyx daha çox indiki Kusə (Kosalar) kəndi yaxınlığında yaşamış, məksunlaşmış və mülkiyyəti də oradan başlımışdır. Şürük kəndində 19-cu əsrin ortalarında böyük bir xəstəlik kəndin çoxunu silmiş və kənddə 4-5 evdən start götürülərək yenidən qurma olmuş və çox şey unudulmuşdur. Amma Bala Şürükün köhnə nəsilləri öz şeyxliyin, seyidliyin və kökünü az da olsa saxlımışlar. 

Mətndə istifadə olunan mənbələr Azərbaycan Milli Tarix Arxivindən, Rusiyadan və Gürcüstanandır. 

Bu arada kənd arxivlərdə "talış" kəndi kimi qeyd olunur. Bütün siyahıalınmalarda talış kökənli kənd kimi qeyd olunur.

                                                    
             Tarixçi-tədqiqatçı Rəzzaq Xansuvar
                "Qızıl qələm" mukafati laureatı
                                 Ambur.az

Oxşar xəbərlər