Şuşa ilə bağlı qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub - YENİLƏNİB

24 May 2021 15:56
34

Bu gün Milli Məclisin Mədəniyyət, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Regional məsələlər komitələrinin birgə iclası keçirilib.

“Report”un xəbərinə görə, iclasda “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi müzakirə edilib.

Müzakirələrdən sonra yeni qanun layihəsi birinci oxunuşda Milli Məclisin sabah - mayın 25-də keçiriləcək plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, sənəd üç oxunuşda müzakirəyə çıxarılacaq.
11:52

Bu gün Milli Məclisdə “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.

"Report"un xəbərinə görə, sənəd parlamentin Mədəniyyət, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Regional məsələlər komitələrinin birgə iclasında müzakirə olunacaq.

Daha sonra isə qanun layihəsinə birinci oxunuşda Milli Məclisin sabah - mayın 25-də keçiriləcək plenar iclasında baxılacaq.

Sənəd üç oxunuşda müzakirə olunacaq.

Oxşar xəbərlər