Şuşa istiqamətində şəhid olan və Binə qəsəbəsinə dəfn olunan qəhrəman - Əsgər Əliyev Murad - FOTO

15 İyn 2022 16:57
336

Murad Hüseyn oğlu Əliyev 13 mart 2001-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2 bacı 3 qardaş olmaqla ailədə 7 nəfər olublar. Evin 3-cü övladı olan Murad orta təhsilini başa vurduqdan sonra, 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılır və Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsinə yola salınır.

Azərbaycan Ordusunun əsgəri olan Murad Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edir və Cəbrayılın, Xocavəndin, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşur. Həmin ilin noyabr ayının 5 -də Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olur. Şəhidin nəşi Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsinə gətirilir və 7 noyabr tarixində orada yerləşən "Şəhidlər Xiyabanı"nda bözük izdihamla torpağa tapşırılır. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Murad Əliyev ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilir.

Allah rəhmət eləsin!

Ambur.az

Oxşar xəbərlər