Şuşada BBMM-nin təşkilatçılığı ilə “Şuşa birliyimizin rəmzidir“ mövzusunda dəyirmi masa keçirilib - Fotolar

26 May 2022 13:53
107

Dünən Şuşada Bakı Beyxəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə 28 may - Müstəqilllik gününə həsr olunmuş "Şuşa birliyimizin rəmzidir" mövzusunda dəyirmi masa keçirilib.

Ambur.az-ın xəbərinə görə, Azərbaycanda yaşayan xalqların nümayəndələrinin iştirakı ilə keçirilən konfransa Talış icmasının sədri, professor İmamverdi Həmidov və Respublika Talış Mədəniyyət Mərkəzinin sədri Vüqar Həmati də dəvət olunub. Konfransdan sonra iştirakçılar Şuşada erməni vəhşiliyinə məruz qalmış müxtəlif tarixi tikililəri, abidələri ziyarət ediblər. 

Sonda tədbirin təşkilinə görə, BBMM-in İcraçı direktoru Rəvan Həsənov başda olmaqla Mərkəzin bütün əməkdaşlarına təşəkkürlərini bildiriblər.

Oxşar xəbərlər