Şuşaya atılan “İskəndər” raketlərilə bağlı rəsmi açqılama

02 Apr 2021 16:49
14

“Şuşada qalıqları aşkarlanan iki ədəd “İskəndər” raketinin Ermənistanın hansı istiqamətindən atıldığı məlum deyil. Bunu xüsusi radar vasitəsilə müəyyənləşdirmək olar”.

Ambur.az Modern.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Minatəmizləmə Agentliyinin (ANAMA) Operativ qərargahının rəisi İdris İsmayılov deyib.

İ.İsmayılov bildirib ki, hazırda bu barədə məlumat yoxdur:

“Raketin hansı tarixdə, hansı istiqamətdən atıldığı bizə məlum deyil. ANAMA humanitar təmizlənmə əməliyyatlarını həyata keçirir. Biz Şuşada bir-birindən 780 metr aralıya düşən raket qalıqları aşkar etmişik. Onlardan biri şimal-şərq istiqamətinə, digəri isə ona əks istiqamətdə aşkarlanıb”.

Onun sözlərinə görə, raketin qalıqları əsasında onun hansı modelə aid olduğu aydınlaşdırılır:

“Çünki bu raketin “M”, “K”, “E”, “F” növləri var”.

Qeyd edək ki, Bakıda Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi “İskəndər” raketlərinin qalıqları nümayiş edilir.

“İskəndər” raketlərinin qalıqları “Azərlandşaft” Açıq Səhmdar Cəmiyyətinin ərazisində Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) nümayəndələri tərəfindən təqdim olunur.

Qeyd edək ki, martın 15-də ANAMA əməkdaşları tərəfindən aparılan təmizləmə əməliyyatı zamanı Şuşada iki partlamış “İskəndər”  raketinin  qalıqları aşkarlanıb.

Şuşaya atılan “İskəndər” raketlərilə bağlı rəsmi açqılama
Şuşaya atılan “İskəndər” raketlərilə bağlı rəsmi açqılama
Şuşaya atılan “İskəndər” raketlərilə bağlı rəsmi açqılama
Şuşaya atılan “İskəndər” raketlərilə bağlı rəsmi açqılama

Oxşar xəbərlər