TALIŞ DAĞLARI

09 Dek 2021 11:45
854

Sən xalqımın harayından yarandın,
Qəlbi dolu, dili susmuş balandım.
Saf hüsnünə baxıb sığallanandım,
Qaytar mənə yenə də o çağları,
Vüqarımsan, sən a Talış dağları.


Babək, Həzi gücü səndən aldım?
Şah Xətayi  köçün burda saldımı?
Qacar səndə ayaqyalın qaldımı?
Sinəndəmi çəkilmiş o dağların?
Vüqarımsan, sən a Talış dağları.


Köməksizdim, ürəyinə qısıldım,
Qucağında toxunulmaz qıfıldım.
Ayrı düşdüm, fikrimdən asıldım,
Qırılmadı, sənə olan bağlarım,
Vüqarımsan, sən a Talış dağları.

            HİDAYƏTİ ELMAS

Oxşar xəbərlər