“Talış dili“ üzrə dərslik komplektlərinin hazırlanmasına başlanılmışdır - TƏHSİL NAZİRLİYİ

12 Okt 2021 18:43
808

Respublika Talış Mədəniyyət Mərkəzinin sədri Vüqar Həmati tərəfindən 31.08.2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə, Azərbaycan Respublikası Milli Məclisinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanladığı talış dili dərslik kitablarının nəşri ilə bağlı müraciətinə Təhsil Nazirliyi tərəfindən müsbət cavab verilib.

Ambur.az sözügedən cavabı olduğu kimi sizə təqdim edir:


Yasamal rayonu İnşaatçılar
prospekti 12/26 mənzil 50
ünvanında yaşayan
Vüqar Mirzəyevə


    Hörmətli Vüqar Mirzəyev,
   
Sizin Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Respublikası Milli Məclisinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanladığınız müraciətə baxılmışdır.
    Bildiririk ki, yeni təhsil proqramlarına əsasən I-IV siniflər üzrə milli azlıqların dillərində dərslik komplektləri, o cümlədən "Talış dili" üzrə də dərslik komplektlərinin hazırlanmasına başlanılmışdır. Həmin dərslik komplektlərinin mütəxəssis ekspertlər tərəfindən baxılaraq ictimai müzakirəyə çıxarılması, daxil olan irad və təkliflər nəzərə alınmaqla çap olunaraq məktəblərə çatdırılması nəzərdə tutulur.

    Hörmətlə,
    Ümumi təhsildə məzmun, tədris və
    qiymətləndirmə şöbəsinin müdir müavini,
    şöbə müdiri vəzifəsini müvəqqəti icra edən İlhamə Abdullayeva   

Oxşar xəbərlər