TALIŞ DİLİM

24 Sen 2021 14:38
951

Allah verdi mənə dilim,
Şirin-şirin gülə bilim,
Oxu, susma, danış, dilim!
Nə şirindir Talış dilim.


Analarım lay-lay desin,
Körpələri uyub getsin,
Qızıl güldən çələng geysin.
Nə şirindir Talış dilim!


Sevgililər coşub, daşsın,
Öz dilində nəğmə qoşsun,
Sevən ürəklər qovuşsun.
Nə şirindir Talış dilim!


Tanı məni bu dilimlə,
Yaşayıram öz gülümlə,
Mən xoşbəxtəm öz elimlə.
Nə şirindir Talış dilim!


Azərbaycandır Vətənim,
Talış yurdum, o məskənim,
Ləzzəti var öz ləhcəmin.
Nə şirindir Talış dilim!


Vətən üçün ağlayaram,
"Bıjən!-Bıjən!" hayqıraram,
Düşmən bağrın dağlayaram!
Nə şirindir Talış dilim,
Qüdrətlidir Talış dilim!

Qeyd: "Bıjən, bıjən" -Vur, vur!

          Aydın RZA -20 sentyabr 2021

Oxşar xəbərlər