Talış dilində “kul“ sözü və onun üslubi imkanları

20 Yan 2021 15:00
729

Dilimizdə elə sözlər vardır ki, tarixin çox dərin qatlarından gəlir. Bu sözlərin ilkin mənası haqqında qəti bir fikir söyləmək çətindir. Lakin onların söz yaradıcılığı prosesindəki sonrakı əhəmiyyəti çox geniş və məhsuldardır. Belə sözlərdən biri "kul" sözüdür. Bu söz dilin leksikonunda omonimlik yaratmışdır. Həm ilkin variantda, həm də "ə" şəkilçisini qəbul edərək "kulə" səs tərkibində. 
1. "Kul"(isim)-ilaxır çərşənbə. Məs: Iştı tojə kul munbark-Təzə (ilaxır) çərşənbən mübarək.
2. "Kul(isim)"-"kol". Məs: Hiədə hırdə kulon bıbırın.
3. "Kul (isim)"-"bel". Məs: "peşt" sözü ilə sinonim, məs: Əğıli bə kul bıqət, bışi.
"Kul" sözünə "ə" leksik şəkilçisi qoşularaq "kulə" sözü əmələ gəlir. Bu söz də omonim kimi bir neçə məna daşıyır.
a) "kulə" (sifət)-cıxıntısı olmayan və ya çox az olan əşyanın əlamətini bildirir. Məs: kulə kələ-buynuzsuz dana, kulə zandəqo-buynuzsuz və ya çox kiçik buynuzu olan inək.
b) "kulə" (isim)-çörəyin kütə getmişi-"küt" (Bışi çə kulədə i qılə bi(y)ə ,bo kaqon ekə).
c) "kulə" ("şe" sözü ilə birləşərək məsdər (feil) yaradır (dı qılə dasə bə kulə şe). 
d) "kulə" (isim)-kökə, qırıntı, bişmiş küt mənsında (dəçəmə kulə yol bə-süfrəmizin qırıntısı ilə böyüyüb).
4.”Kul" sözü "çoşanbə" (kuliçoşanbə), "sə" (kuləsə), "bın" (kuləbın), "şəv" (kuləşəv), "kande" (kulıkand), "bon" (kuləbon) sözləri ilə birləşərək və bu sözün təkrarından "kuli-kuli" mürəkkəb sözlərini yaradır. Məs: 
a. Iştı kuliçoşanbə munbarək (sənin ilaxır çərşənbən mübarək).
b. Çəy oləton huşə-huşon kuləsə(a)nədəbin (Paltarının tikələri kolların başında idi). 
c. Kuləbınədə hiçi nıbe (Kolun dibində heç nə yox idi).
d. Kuləşəvi xıyzon həmə bəpe surfə qırdo bıbu (İlaxır çərşənbə gecəsi ailə üzvləri süfrə ətrafında olmalıdır).
e. Ənə kulıkandım hədər şe(O qədər əlləşib- vuruşmağım hədər getdi ).
ə. Esə həni kuləbon sıxani çı zıvonədə beşə (İndi artıq küləban sözü işlənmir).
f. Kuli-kuli çoşanbəli, əynə şəvi lampəli, kanə sor bışi, tojə sor boy (təx.tərc: Çərçənbə gecəsinin gur tonqalı, həyatımızı cümə işığı kimi işıqlandır, kıhnə il get, təzə il gəl). 
5. "Kul" sözü "şalmon" (kulə şalmon), "xəpo" sözü ilə birləşərək (kulə xəpo) və.s. söz birləşmələrini yaradır. (a.Kulə şalmonon bıdut. b.Kulə xəpon bıdə bə pe).
6. "Kulə" sözü "bə" sözü ilə birləşərək məcazi məna əmələ gətirmiş və belə bir atalar sözünün yaranmasına səbəb olmuşdur: "Əmənış (şımənış,ıştənış və s.) noşe bəsə kulə bəysə (təx.mənası-bizi hər tərəfdən görünən, açıq qapı ağzında qoydu).

                                               Hacı Allahverən Nəzərov-19.02.2020

Oxşar xəbərlər