TALIŞ DİLİNDƏ SÖZ YARADICILIĞI (mürəkkəb sözlər)

20 Yan 2021 15:34
356

Dilin ən kiçi vahidi səs, ortancıl vahidi söz, ən böyük vahidi isə cümlədir. Səslər sözləri, sözlər isə cümlələri yaradır. Beləliklə, söz dilin ortancıl vahidi olmaqla fikrin ifadəsində əvəzedilməz rolu oynayır. Söz yaradıcılığı prosesində sözlərin yaranması sadədən mürəkkəbə doğru inkişaf prosesi keçir. Dildə əvvəl sadə sözlər yaranır, bu sözlər cəmiyyətin fikir ifadə etmə tələblərini yerinə yetirə bilmədiktə, artıq düzəltmə və mürəkkəb sözlərə tələbat yaranır. Bu günkü sözhbətimiz talış dilində mürəkkəb sözlərin əmələ gəlməsindən olacaqdır.

Talış dilində mürəkkəb sözlərin əmələ gəlməsi və nöz müxtəlifliyi olduqca maraqlıdır. Mürəkkəblik, mürəkkəb sözlərdən daha geniş istifadə bu dil üçün daha geniş xarakteriktir. Bu dilimizin lüğət tərkibinin zənginliyindən xəbər verir. 

Talış dilind mürəkkəb sözlərin əmələ gəlməsinin aşağıdakı nözlərini göstərmək olar:
1. İki sadə ismin "ə" bitişdiricisi vasitəsilə birləşərək bir məfhumu ifadə etməsi. Məs: vizəlivə, rəzoəçulə, amburəlivə, hındəmoəkılo, bəleləxıçə, yoncəlivə, muzəkandı, tov(ıst)sonəruj,  həşiədimə...
2. Bir sadə sifətlə bir sadə ismin "ə" bitişdiricisi yolu əmələ gələrək bir məfhumu ifadə etməsi.Məs. sırafəsə, yoləluz,həyuəşəlem, yoləhi, ranqinəkeşı, ranqinəbolo, siodim, dırozəzıvon, ojədas, barzəbolo, kırtəzıvon, vəzaxuq, Vazəru. Göründüyü kimi bu yolla əmələ gələn mürəkkəb sözlər həm ümumi, həm də xüsusi məhumları iadə edir. 
3. İki sadı söz (əsasən) "ə" bitişdiricisi ilə birləşir və mıkan anlayışı bildirən mürəkkəb söz (xüsusi isim) əmələ gətirir. Məs: Merzəliəhi, Bəleləbır, Bəlləbur, Vizəzəmin, İnciəçolə, Viəvul, Şəğoləse, Şəğoləkujə, Reğ(i)nəkəş, Puynə(y)nəhi və s.
4. Birinci tərəfi müstəqil mənaya malik, ikinci tərəfi mestəqil işlənə bilməyən iki sözün birləşməsindən əmələ gələrək yaranan mürkkəb sözlər. Məs: vitıvaz, hardıhəş, ğartğurt, xartxurt, hırdıhəvul.
5. İki sadə sözün birləşməsi yolu ilə mürəkkəb sözlər düzələ bilir. Məs. şeomə, çokibızın, çokiməzın, bəhəbınızu...
6. Müxtəlif nitq hissələrinin birləşməsindən mürəkkəb sözlər düzələ bilir. Bu cür mürəkkəb sözlər müxtəlif nitq hissələri kimi işlənir. Məs. roriz, jiro(y), pero(y), sioçıxo, lefsənqo, hırıho və s. 
7. Sadə isimlə felin birləşməsindən mürəkkəb sözlər yaranır. Məs: kıloçəpone, kılopeqətone, robırne, çaşəçi, potşoqardış, səqijlə, lınqarişiəy, çaşbeşəy və s.
8. İki sadə ismin arasında "bə" bitişdiricisinin artırılması ilə mürəkkəb sözlər yaranır ki, bunlar əsasən zərf hesab olunur. Məs: səbəsə, lınqbəlınq, dimdədim, çaşbəçaş, qəvbəqəv, qurbəqur və s.
9. İki müxtəlif sözün "bə" bitişdiricisi ilə birləşməsi yolu ilə. Məs: pəsbəsə, vanqbəsə və s. 
10. Üç sözün birləşmsindən də mürəkkəb sözlər yaranır ki, nəticədə əşya bildirən mürəkkəb sözlər yaranır. Məs: hırdəpizətımon, kələpizətımon, sırafəsəodəmon, kələsoxortməodəm, yoləluzəodəm, səbəzəminbəy, səbəçolbəy. Üç sözün birləşməsindən əmələ gələn "vınipeqəvi" sözü isə əmələ gəlmə xüsusiyyətinə görə əvvəlkilərdən fərqlənir. 
11. Eyni sözlərin təkrarından mürəkkəb sözlər yaranır ki, bunlar zərf hesab olunur və defislə yazılır. Məs: hoydi-hoydi, hoçe-hoçe, şe-şe, ome-ome, vinde-vinde, sute-sute, bıjən-bıjən və s. 
12. Ayrılıqda məna verməyən, eyni sözlərin təkrarından əmələ gələnmürəkkəb sözlər də zərf hesab olunur və defislə yazılır. Məs: hoydi-hoydi, hoçe-hoçe, huşte-huşte, kuşti-kuşti.
13. Əks mənalı sözlərin birləşməsindən əməgə gələn mürəkkəb sözlər. Məs: yolı-ruk, jıqo-jəqo, sioriş-siprişon, saru-sape, hırdı-dıjd.
14. Eyni sözün təkrarından əmələ gəlib, ikinci tərəfinə "ə" şəkilçisi (və ya səsi) yol-yolə (kon), dəmərəs-dəmərəsə(odəmon).
15. "İ" şəkilçisi qəbul etmiş sadə isimlə sifətin birləşməsindən əmələ gələn mürəkkəb sözlər də defislə yazılır. Məs: lınqi-kırt, lınqi-dıroz, dasi-kırt, dasi-dıroz. Maraqlı burasıdır ki, bu mürəkkəb sözlər antonim kimi bir cümlədə işlənir. Məs: Lınqi-kırt, lınqi-dıroz şim çəvon kəy.
16. Sadə isimlə sifətin birləşməsindən əmələ gələn mürəkkəb sözlər. Məs: səbarz, dasdıroz.
Talış dilində mürəkkəb sözlərin əmələ gəlməsi bununla məhdudlaşmır. Bir sıra sözlər vardır ki, özünəməxsus xüsusiyyətlərə malikdir. Məs: "Baxtəvər-hərəbaxt" sözündə birinci tərəf "baxtəvər", ikinci tərəfdə isə "bəxt" sözünə "hərə" sözü qoşulmuş, nəticədə maraqlı bir mürəkkəb söz əmələ gəlmişdir. 
                                 
                         Hacı Allahverən Nəzərov 02.12.2018
                                       AMBUR qəzeti

Oxşar xəbərlər