“Talış dilinin ölməyib yaşaması ilə bağlı dövlətin talışlara böyük dəstəyi olmalıdır“- Fuad Cəlilov

20 Sen 2021 22:48
959

Azərbaycan vətəndaşı olan talışa bu haqqın verilməsi Azərbaycan Kostitutsiyasına uyğundur, orada göstərilən haqqıdır. Bir uşağ ən şirin yuxunu anasının laylayında yatar. Bir  talışa da Azərbaycanı onun ana dilindən yaxşı heç bir dilə sevdirə bilməzsən. Onlara bu haqqı verməkdən qorxmaq lazım deyil.

Ambur.az bildirir ki, bunu ictimai fəal Fuad Cəlilov özünün "Facebook" hesabında Azərbaycanda Talış dili dərsliyinin keçirilməsi ilə bağlı paylaşımında bildirib.

O, qeyd edib:

"Talış dilinin talışlara orta məktəbdə tədrisi, talış dili mütəxəssisi hazırlayan fakültənin olması, talış dilli mətbuata dövlət dəstəyi, dövlət siyasətinin talışdilli bir tv-də təbliğini görmək çox xoş olardı. Bunun dövlətə heç bir zərəri yoxdur, faydası isə  düşündüyümüzdən qat-qat çoxdur. Bu siyasət dövlətlə vətəndaş arasında bağları daha da möhkəmlədən bir amilə çevrilər. Əgər eləsələr. 

Azərbaycan vətəndaşı olan talışa bu haqqın verilməsi Azərbaycan Kostitutsiyasına uyğundur, orada göstərilən haqqıdır. Bir uşağ ən şirin yuxunu anasının laylayında yatar. Bir  talışa da Azərbaycanı onun ana dilindən yaxşı heç bir dilə sevdirə bilməzsən. Onlara bu haqqı verməkdən qorxmaq lazım deyil. Talışlar bu vətəni, bu dövləti canlarından çox sevərlər. Ən azından 44 günlük müharibədə bunun şahidi olduq. Əgər şübhəsi olan bir nadan varsa, müharibə iştirakçısı olan bir tanıdığından soruşa bilər. 

Ölkəmizdə yaşayan bütün xalqlar  bir bədəndəki can, bir damardakı qan kimidir. Zəngin etnik tərkibli çoxmillətli balaca Azərbaycanda bu möhtəşəm birliyin varlığı təbii ki axmaq qonşu dövlətləri heç vaxt rahat buraxmaz. Bizim böyük rahatlığımıza kiçik narahatçılıqlar etmək xülyasına düşərlər. Hər zaman aramızdan 1-2 axmaq tapıb bizə qarşı istifadə edərlər. O zaman da zırt görərlər. Düşmənlərimizi sevindirmək bizə yaraşmaz. Bunun üçün də talış dilinin ölməyib yaşaması ilə bağlı dövlətin talışlara böyük dəstəyi olmalıdır".

Oxşar xəbərlər