Talış dilinin qrammatikası ilə məşğul olanlara müraciət ...

07 Mrt 2021 18:26
712

Salam hörmətli talış dilinin qrammatikası ilə məşğul olmaq istəyən alimlər, tədqiqatçılar və müəllimlər. 
Çox xahiş edirəm müraciətimi səmimi qəbul edin.
Bir talış olaraq niyyət və məramlarınızı bəyənirəm və dilçi olmasam da çalışaram sizdən köməyimi əsirgəməyim.

Bildiyimiz kimi dünyada talış dilli əhali əsasən Azərbaycanda və İranda yaşayır. Başqa ölkələrdə də yaşayan kifayət qədər olsa da əsasən bu iki ölkədə talış dili əhali tərəfindən istifadə edilir. Azərbaycanda Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının ərazisində yaşayan talışlar bu dildən daha aktiv istifadəçi sayılırlar.
Bu rayonlardakı əhalinin əsl-kökünə baxsaq görərik ki, burda yaşıyan aborigen talışlardan başqa gəlmə talışlar da çoxdurlar. Demək olar ki, talışların yaşadıqları hər bir yaşayış məkanında az və ya çox gəlmə talışlar da var. 
Burda bir sual yaranır: bu gəlmə talışlar hardan, hansı ölkədən, hansı səbəbdən köçüb gəliblər və bunlar talış əsilli gəlmələrdirlərmi?

Kiçik araşdırma aparanda görürük ki, gəlmələr əsasən indiki Lerik rayonunun ərazisindən köçüb gəlmələrdirlər və talış dillidirlər. Lerik rayonu da Değ, Zuən, Piron və Orand adlı zonalardan ibarət olmaqla geniş əraziyə, təbiətə, xarakterik insanlara, dil tərkibinə, ləhcə və şivəsinə mənsubdur.   

Xahiş edirəm maraqlanın görün Astaradan, Lənkərandan, Masallıdan, Cəlilabaddan Lerikə daimi yaşamaqa köçən olubmu, əgər olubsa neçə ailə olub?

Köçmə prossesləri təkcə SSRİ dövründə olmayıb, ondan əvvəlki dövürlərdə də olub. Məsələn, bizim ailəmizin kəndimizdəki torpaqlardan başqa Veravul kəndində də qışlaq torpaqımız olub, qış mövsümünü böyük ailənin bir qismi orda keçirdib və təsərrüfatla məşqul olub. Zaman keçdikcə orda da daimi yaşayış şəraitinə keçiblər. Başqa bir kökdən olan kəndçilərimiz Şağlaser kəndində təsərrüfatları oldiqları üçün orda məskünlaşıblar. Düşünürəm sizin də bəzilərinizin kökü indiki Lerik rayonunun ərazisindən gəlmələrsiz.
Belə olan halda kim Lerikli talışların dilini bayağı, çətin, natamam, köhnəlmiş, qəliz dilin inkişafı üçün maniə olan hesab edə bilər? Müşahidələrim onu göstərir ki, Lerikdən olan talış dilli şəxs digər yerlərdəki insanların danışıqını yaxşı anlayır, onlarla tez ünsiyyət qura bilir, problemi olmur. Deməli Lerik də istifadə edilən talış dilinin ümumi cəhətləri daha çoxdur və bunu nəzərə almaq lazımdır. 
Düşünürəm dilin və dilçiliyin qanunlarına hər zaman əməl etmək lazımdır. Ancaq bir dili başqa bir dilin çərçivəsinə zorla salmaq heç cür mümkün qəbul edilə bilməz və o halda dil özünün incəliklərini, məxsusi tələblərini itirə bilər. Bütün tələblərlə yanaşı dilin qanuni ahəngi var və ona əməl etməsək dil öz təravətini, poetikliyini, şirinliyini itirər. Məsələn, DƏST(az), DƏST(fars) və DAS(talış). Görürük ki azərbaycan və fars dilində ahəng qanununa əməl olduğu üçün söz dilə yatır, rahat ifadə olunur və çətinlik yaratmır. Ancaq biz DAS sözünü Lerikdə ifadə olunan kimi DAST ifadə etsək, daha rəvan, daha səlis və daha başa düşülən olur. Eyni fikri DÜS(dost) sözünə də şamil etmək olar, DÜST desək sözün ifadəsini tamamlayırıq, ahəng yaradırıq və heç bir dil qanununu pozmuruq.

Əlbətdə bunları bildirməkdə məqsədim sizin əməyinizi gözdən salmaq, dəyərini itirmək deyil, məqsədim yalnız araşdırma aparan insanlara köməyimi göstərmək və səmimi münasibətimi bildirməkdir. Dilçi oimasam da mübaliğəsiz bildirirəm ki, talış dilini bəzi alimlərdən yaxşı bilirəm (bütün ləhcə və şivələrində), bununla bərabər özüm də bir neçə dildə yazmağı və oxumağı mükəmməl bilirəm. Ən azı talış, azərbaycan və rus dillərində şeirlərim var və oxuculardan dil qusuru barədə iradlar görməmişəm. 

Hamınızdan təvəqqe edirəm hər rayondan talış dilini bilən ziyalıların, xüsusən müəllimlərin fikirlərini öyrənin, sonra qəti qərar verin. Zəhmətinizə, əməyinizə hayıfınız gəlsin, dilimizə və elimizə dəyər vermək niyyəti ilə işinizi davam edin. Allaha hamınıza kömək olsun. Xıdo bəşmə həmməy koməq bıbu.

Bu müraciətimin daha çox insanlar üçün maraqlı olacağını düşünüb azərbaycan dilində yazdım. Çox sağ olun.

Etibar Aliyev-07.03.2021

Oxşar xəbərlər