Talış əsilli azərbaycanlı dilçi alim, professor - Əvəz Sadıxov

16 Avq 2021 09:19
597

Əvəz Sadıxov - Talış əsilli azərbaycanlı dilçi alim, professor, “Tolışi Sədo” qəzetinin ikinci redaktoru.Talış dilçi alim, professor Əvəz Sadıxov 1942-ci ildə Lerik rayonunun Bilaband kəndində anadan olub. Əvəz Sadıxov talış xalqına verdiyi ciddi töhfələrlə tanınır. Müasir dövrdə Talış dilinin Qrammatikasını tərtib edən ilk şəxs olan Əvəz Sadıxov  eyni zamanda “Tolışi Sədo” qəzetinin ikinci redaktoru olub.Əvəz Sadıxov uzun müddət Elmlər Akademiyasının Dilçilik İnstitutunda çalışıb. Talış və Azərbaycan dillərindən əlavə olaraq ərəb və fars dillərini bilib.
Universitetə imtahan verərkən onun bildiyi Talış dili haqqında qrammatika kitabı olmadığından dil biliyi kimi qəbul olunmayıb. 

Əvəz Sadıxov bu dilin qrammatikasının olduğunu və bu qrammatikanı beynində daşığıdığını söyləsə də, Talış dilində qrammatika kitabı olmadığı təkrar xatırlanaraq onun istəyi qəbul olunmayıb. O, uzun müddət bu haqsızlığı aradan qaldırmaq üçün çalışmış, tələbəlik illərində tərtib etdiyi Talış dilinin qrammatikasını çap etməyə çalışsa da, bəzən siyasi, bəzən isə maddi səbəblərdən bu baş tutmayıb, onun yazıları uzun zaman əlyazma şəklində qalıb. Əvəz Sadıxov rəhmətə getdikdən sonra onun əlyazmaları kitab şəklinə salınaraq çap edilib. Bir qədər sonra bu kitab Lənkəran Dövlət Universitetində dərslik kimi istifadə edilsə də, daha sonra yenidən siyasi müdaxilələr nəticəsində keçirilməsi qadağan olunub.
Əvəz Sadıxov 1999-cu ildə dünyasını dəyişib.

Allah rəhmət eləsin....

Oxşar xəbərlər