“Talış“ sözü necə yaranıb?

15 Sen 2020 12:41
728

   Talışlar Xəzər dənizinin cənub və şərq kənarında yaşayan qədim xalqların övladlarıdır. Talışlar haqqında qədim yunan, türk, fars, ərəb və rus tarixçiləri xəbər veriblər. Bəs "Talış" sözü necə yaranıb? Bu haqda alimlərin fikirləri eyni deil, çoxdur. Məsələn: İran tarixçisi Ə. Kəsrəvi yazır ki, ərəblərin azərbaycana gəldiyi dövrlərdə heç bir mənbədə "Talış" sözünə rast gəlmək olmur. Ərəblərin mənbəsində "talış" sözünü "taylesan" formada birinci dəfə tutanlardan biri də səyahətçi İbn Hordabeh (820-913) olmuştur. O öz "Yollar və məmləkətlər hakkında" kitabında "taylesan" deyəndə "talışsan" nəzərdə tutub.
   Orta əsrin İran tarixçisi Həsən Pirniyə qeyd edir ki, talışların əcdadları kadusilər olub. Onun dediklərindən "kadus" indiki "talış" sözünün yunanlaşmış formasıdır. Bu fikri tarix elmləri, doktor Fazildə təsdiqləmişdir. O bu haqda yazıb: "Talış" sözü təqribən "kadus" sözündən yaranıb.

   Ona görə ki, "kadusi" sözünün əsli "qaduş", "qadış" olub. Yunanlarla ərəblər bu sözləri dəyişiblər. Sonra bu söz "talış" formasını almışdır. (Bax: A. Fazili "Azərbaycanın qədim İranın indiki tarixşünaslığında" səh. 123, B-1970).

   "Talış" sözünün mənası haqqında Lənkəran tarixçisi Seyidəli Kazımbəyoğlunun "Cəvahirnameyi-Lankon" (1869) kitabında maraqlı mülahizələr var. O üç cür ehtimala gəlir.

   Onun birinci ehtimalı "talış" sözü ərəbcə "talis" sözündən yaranıb. Onun dediklərinə görə qədimdə talışlar "taylasan" adında öz başlarına dəsmal bağlayarmışlar. S. Kazımbəyoğlunun dediklərinə görə "tolış" sözünün ikinci mənası saf, təmiz; üçüncü mənası isə güldür. (Bax: S. Kazımbəyoğlu "Cəvahirnameyi -Lankon" RƏF. B-3049 vər. 5-6b).

   Alimlərin dediklərinə şübhəm yoxdur. Ancaq "talış" sözünü hamıdan yaxşı bizim ağsaqqallarımız izah edirlər. Onlar "talış" sözünün mənasını talış dilində axtarırlar. Ağsaqqalların dediklərinə görə "talış" sözü "tuluj" yəni ki, "tulıj" sözündən yaranıb Bu sözdə "tul" talış dilində rəğ yəni kökən, yerli; "uj", "ıj" isə talış dilində vırə yəni yer, məkan mənasını verir. ((Məsələn: Masalluj (Masallılı), Lankonıj (Lənkəranlı)). "Tulıj" sözü ilbəil deyişib və "toluş, sonra isə "tolış"(talış) formasını almışdır. Niyə bu sözün kökünü qocalar tul hesab edirlər? Bizə məlumdur ki, çox qədim zamanlarda bizim dədə-babalarımızın işi-gücü tul (palçıq) ilə olub. Onlar çəltiyi sahələrdə əkərdilər. Bizim mahalda güclü yağış yağıb. Belə yerlərdə yaşayış olduğu üçün talışlara "tulıj" yəni talış dilində tulədə jiə odəmon, palçıqda yaşayan insanların adlarına verilib. Çox marqlıdır ki dağda yaşayan talışlara "qolış" deyiblər. "Qo" talış dilində mal deməktir. Dağlarda yaşayan talışlar mal-qara ilə məşğul olduqlarına görə onlara "qolış" adını veriblər. Bizim zənnimizcə "talış" sözünün mənası elmə tam məlum deil. Ancaq mən belə bilirəm ki, bizim ağsaqqallarımız öz sözlərini, öz fikirlərini bu haqda bildirəcəklər.

                                                                        Musarza MİRZƏYEV
                                                          (Masallı rayonu Mahmudavar kəndi)

Oxşar xəbərlər