“TALIŞ XANLIĞININ TARİXİ“ adlı kitab nəşr olunub

29 Avq 2021 14:22
466

"TALIŞ XANLIĞININ TARİXİ" adlı yeni kitab nəşr olunub

Ambur.az xəbər verir ki, tarixçi-etnoqraf, pedaqoq, maaarifçi Teymur bəy Bayraməlibəyovun rus dilində yazdığı "История Талышского ханства"(1747-1826) kitabı Azərbaycan dilində tərcümə olunub.

Kitabın redaktoru hüquqşunas, beynəlxalq hüquq üzrə ekspert, yazıçı-publisist Ataxan Vəli Əbilov, tərcüməçi və tərtibçisi yazıçı-publisist, jurnalist-araşdırıcı Xodaşirin Cəbiyev(Cabbari), rəyçisi tarixçi-etnoqraf, arxeoloq, yazıçı Nəriman Ağazadə, məsləhətçiləri isə tarixçi-etnoqraf, yazıçı-publisist, Əməkdar müəllim Musarza Mirzəyev və tarixçi-tətqiqatçı, yazıçı İldırım Şükürzadədir. 

Kitabda XVIII əsrin əvvəllərində İranda Əfşarlar sülaləsi dövründə meydana gələn Talış xanlığında baş verən ictimai-siyasi proseslər, I-II Rusiya - İran müharibəsi illərində həmin ərazilərdə cərəyan edən qanlı hadisələr, xalqın yaşayışı, dolanışığı öz əksini tapmışdır. 
 

Oxşar xəbərlər