Talışəsilli ictimai fəal Fuad Cəlilov: “Araik Arutyunyan, yazdığın məktubu oxudum. İndi isə növbə sənindir. Mən yazacam, sən diqqətlə oxu.“

05 Okt 2020 16:26
1528

Talışəsilli ictimai fəal Fuad Cəlilov, Araik Vladimiroviç Arutyunyanın Azərbaycanda yaşayan talış və ləzgi xalqının nümayəndələrinə yazdığı məktuba öz münasibətini bildirib.

Ambur.az xəbər verir ki, Fuad Cəlilov özünün "Facebook" hesabında belə bir yazı paylaşıb:

"Salam. Azərbaycan torpağında özünü  “Artsax” adlandıran qondarma rejimin bunkerdə gizlənən qondarma “prezidenti” Araik Vladimiroviç Arutyunyan. Mənim adım Fuaddır. Mən Azərbaycan respublikasının talış əsilli vətəndaşıyam. Sən Azərbaycanda yaşayan talış və ləzgi xalqının nümayəndələrinə yazdığın məktubu oxudum. İndi isə növbə sənindir. Mən yazacam, sən diqqətlə oxu.
Araik Vladimiroviç,ilk onu deyim ki, azərbaycan dilində “ətlə dırnaq arasına girən kir olar” məsəli var. Bunu Azərbaycan vətəndaşı sayılan anandan soruş, o yaxşı bilər. Biz talışlar siz ermənilərdən fərlqi olaraq yaşadığımız Azərbaycan torpağının aftoxton xalqıyıq. Siz vətənimizdə böyük birliyi görüb bu müraciəti etmək qərarına gəlmisiniz. Bu sizin AZƏRBAYCAN XALQINA qarşı atılan hədəfsiz son boş gülləniz idi. 
Vladimiroviç, biz talış və ləzgilər  əsrlərdir Azərbaycanda yaşayan türk və digər xalqlarla eyni mədəniyyətin, eyni tarixin bir hissəsiyik. Biz türklərə bir bədəndə iki canıq, biz Azərbaycanıq. Siz hansı ağılla  bizi bölmək fikrinə düşdünüz, bunu anlamadım. Biz ölərik, amma bölünmərik. 
İndi isə keçirəm məktubumun əsas mövzusuna.
Vladimiroviç, sən özünü mərhəmətli insan kimi kimi göstərmək istəyirsən. Mən sənin kimi faşist xislətli insanın “mərhəmətinin” nəticəsini öz tarixi torpağı İrəvandan qaçqın olan sinif yoldaşım Eminin, Qarabağdan məcburi köçkün olan  sinif yoldaşım Siyavuşun , babası sizdən  işgəncə  görən sinif yoldaşım Ceyhunun, atası sizin tərəfinizdən qətlə yetirilən dostum Əlinin, əsirlikdə olan qohumumun, Xocalıdan körpə bacısı və valideyinləri sizin tərəfinizdən qətlə yetirilən tanıdığım şəxslərin simasında çox yaxşı görmüşəm. Onlar qarşı törədilən cinayət mən talışa qarşı törədilmişdir. Mən talış Fuad sizin vətənini qoruyanda qətlə yetirdiyiniz şəhidin oğlu Əliyəm. Mən talış Fuad  tarixi torpağından   qaçqın Eminəm, öz kəndindən məcburi köçkün düşən Siyavuşam. Mən talış Fuad valideyinləri Xocalıda qətlə yetirilən ailənin övladıyam. Mən sizin Xocalıda qətlə yetirdiyiniz həmən o körpəyəm. 
Vladimiroviç, mən sənin  yerini  talışların dostu qismində yox, cinayətlərin görə   ədalət məhkəməsində  müttəhim kürsüsündə görürəm. Sənin əlin mənim xalqımın qanına batıb. Mən sənə  nifrət edirəm. 
Vladimiroviç, mən bu məktubu yazdığım dəqiqələrdə  Bakıda yağış yağır. Bu yağış mənə indi Azərbaycan Ordusunun azad etdiyi Talış kəndi ətrafında səngərdə torpağımı siz separatçılardan qoruduğumu günlərdə s döyüş postunda yağşlı günlərimi yadıma salır. Yadımdadır, o günlər. Bir talış olaraq yağışlı və yuxusuz gecələrdə doğma vətənimi siz asi və naxələflərdən qoruyurdum. Mən bununla fəxr edirəm. Biz talışlar hər zaman vətən keşiyəndə durmağa, vətəni düşməndən qorumağa hazırıq. Bunu sən də çox gözəl bilirsən. Talış igidlərinin birinci Qarabağ döyüşlərində göstərdiyi şücaətdən sənin də xəbərin var düşünürəm. Olmayıbsa darıxma, biz bunu sizə indi göstəririk. 
Vladimiroviç, bilirəm, indi sənin çətin günlərindir. Səni AZƏRBAYCAN XALQININ ədalət mühakiməsinin gözlədiyini hiss edirsən. Xankəndinin mülki əhalisini özünə sipər edərək qorxudan bunkerdə gizlənirsən. Sənə gizləndiyin yerdən çıxıb ədalətə təslim olmağı məsləhət bilirəm. Səni Şuşada evini dağıdıb onu imarət kimi evdən  gəlib  Bakıda bir otaqlı evdə yaşamağa məcbur qalan məcburi köçkün   talış Tağı da axtarır. 
Vladimiroviç, məktubu bu şüarla bitiriəm . “Talışlar oyaqdır, Qarabağa dayaqdır”."

                                                                                                 Fuad Cəlilov

Oxşar xəbərlər