TALIŞLAR BƏYANAT YAYIBLAR: “Biz talışlar Ermənistanın...“ - BƏYANAT

29 Sen 2020 17:19
3018

Azərbaycanda talış dilində fəaliyyət göstərən mətbuat nümayəndələri Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yayıblar.

Ambur.az sözügedən bəyanatı təqdim edir:

  Sentyabrın 27-də səhər saat 06.00 radələrində Ermənistan növbəti hərbi təcavüzə əl ataraq, irimiqyaslı təxribatlar həyata keçirir.  Atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ordusunun cəbhə xətti boyunca yerləşən mövqelərini və cəbhəyanı zonada yerləşən yaşayış məntəqələrini iriçaplı silahlardan, minaatanlardan və müxtəlif artilleriya qurğularından intensiv atəşə tutublar. İntensiv atəşlər nəticəsində dinc sakinlər arasında ölənlər və yaralananlar var,  mülki infrastruktur obyektlərinə də ciddi ziyan vurulub. Yenilməz Azərbaycan ordusunun cavab həmlələri nəticəsində ciddi tələfat verən Ermənistan növbəti siyasi-ideoloji təxribata əl ataraq ölkəmizdə yaşayan xalqların arasında nifaq toxumu səpmək fikrindədir. Belə məlumatlar yayırlar ki, guya Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri döyüş əməliyyatlarına  zorən cəlb edilir.
Biz talışlar Ermənistanın bu növbəti çirkin böhtan kampaniyasını, münaqişənin gərginləşməsinə və suveren Azərbaycan dövlətinin yeni ərazilərini ələ keçirmək cəhdinə yönələn təcavüzkar hərəkətlərini qətiyyətlə pisləyir və bir daha bəyan edirik ki, Azərbaycanda yaşayan bütün xalqlar kimi talış xalqı da Vətənimizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın düşməndən azad olunması uğrunda aparılan müqəddəs mübarizədən heç vaxt kənarda qalmamışdır və qalmayacaqdır.
Azərbaycanın bərabərhüqüqlü vətəndaşları olan talışlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cəbhə xəttində vəziyyətlə və bütövlükdə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı mövqeyini və fəaliyyətini alqışlayır. Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəkləyir və onun yanında olduğumuzu bildiririk!
Belə ağır və mürəkkəb bir şəraitdə bütün dünya azərbaycanlılarını, Azərbaycanda yaşayan bütün xalqları birliyə çağırırıq. Biz birlikdə güclüyük!

1. Vüqar Həmati - "Aləm" jurnalının baş redaktoru
2. Aytən Eyvazon - "Aləm" jurnalının redaktoru
3. Alim Hacızadə - "Aləm" jurnalı
4. Şəhriyar Məcid - "Aləm" jurnalı
5. Yusif Rəhimi - "Aləm" jurnalı
6. Yusif Abbasov - "Aləm" jurnalı
7. Aqşin Dadaşzadə - "Aləm" jurnalı
8. Rəzzaq Xansıvo Aləm TV və "Ambur.az" saytının rəhbəri
9. Fuad Əliyev - "Ambur" qəzetinin baş redaktoru
10. İlyasi Habil - "Ambur" qəzetinin redaktoru
11. Vüsal Əliyev - "Ambur" qəzeti
12. Turab Əliyev - "Ambur" qəzeti
13. Nurəddin Əbilov - Aləm TV
14. Ruslan Kərimi - Aləm TV

                                                  29 sentyabr 2020-ci il

Oxşar xəbərlər