Talışların etnogenezinə dair yeni fikirlər: tarixi faktlar, əsl həqiqətlər - ARAŞDIRMA

08 İyl 2020 06:02
1852

Ambur.az Razzaq Xansuvar və Ağaəli Ağayevin "Talışların etnogenezinə dair yeni fikirlər" adlı araşdırma yazısını təqdim edir.

Yəqin ölkədə çox insana maraqlıdır ki, görəsən Talışlar kimlərdir? Talış sözünün mənası nədir? Və talışlar kimlərə qohumdurlar? Bu suallar ilk növbətə bu etnosun öz nümayəndələri üçün maraqlıdır. Elə isə bizim araşdırmalar və axtarışlar zamanı gəldiyimiz nəticələr əsasında yazdığımız məqaləni sizlərə təqdim edirik. Düşünürük ki, talışlarla bağlı tarixi məlumatlarla az çox tanışsız. Bu üzdən sizə adi kitablarda tapa bilməyəcəyiniz sübutlarla əsasında tarixi təqdim edirik.

Talış sözünün mənası nədir? Bu söz haqqında çoxlu fikirlər olub. Hərəsi də o qədər də inandırıcı gəlmir və sadəcə fərziyyə kimi qalır. Lakin Talış sözü bir çox dillərdə konkret bir mənanı bildirən isim olub təkcə talış etnosunu deyil, kişi adını və ləqəbini bildirməkçün istifadə olunub. Məsələn, Talış adına Hindistan, Pakistan kimi ölkələrdə az rast gəlinmir. Məsələn Pakistanda və Hindistanda Talış adlı nəsillər və soyadlar mövcüddür( Agha Talış, Raza Talış, Malik Talış, Sinxi Talış və s.)  Eləcə də ölkəmizin müxtəlif bölgələrində Talış adı ənənəvi olaraq kişi adı kimi istifadə olunub ( Kolanı kənd icmalarında, Fərruxqanlı kənd icmalarında, Naxçıvan, Gəncə və Dərələyəzin kameral təsvirlərində Talış kişi ismini görmək olar). Bu adla bağlı yer adları da geniş yayılıb( Talış, Talış Mikayıllı, Talış Əlimirzəbəyli, Talış Qızıl Kəngərli, Talış Nuru, Starıye Talışi, Talış Kərəmli və s.). Talış adı isə Hind və Urdu (Hindistan və Pakistanın rəsmi dilləri) dillərində konkret olaraq “Parlaq, işıqlı” mənasını verir. Bunu onların rəsmi luğətlərində (Hind-Rus dilləri  luğəti, Urdu-Rus dilləri luğəti). Eyni mənanı ( Səidəli Kazımbəy oğlu “ Cəvahirnaməyi Lənkəran” kitabında müəllif analiz etmişdir və orada fakt kimi göstərdiyi əl Bəhreyn luğətində  Talış sözü ərəb dilində – parlaq, açıq mənasını verir.  Beləliklə bizə aydın oldu ki, niyə “Talış” sözü talış dağlarından daha geniş bir coğrafiya üçün doğmadır. Təsadüfi deyil ki, Koroğlunun dəliləri içərində Talış Əli adlı adam var idi. Ona görə də Talış sözü Ön Asiya coğrafiyası üçün doğmadır. Ələxsüs Azərbaycan üçün bu ad onun tarixi keçmişi ilə sıx əlaqədardır. Çünki, qızılbaşlıq hərəkatının mərkəzi və Ərdəbil hakimliyinin əraziləri ilk olaraq Talış dağlarında tərəfdaşlar tapmışdır. Qızılbaş və Talış sözü arasında onların məna oxşarlıqları(qızıl parıltılı bir metal olduğu üçün dəyərlidir) bir daha buna dəlalət edə bilər. Mənbələrdə qeyd edilir ki, Şah İsmayılın ulu babası Firuz şah Zərrinkolak (Zərrinkolak-qızıl baş(papaq)) Talış dağlarındakı Ranginə Honi kəndində dəfn olunmuşdur. Kəndin adının mənasının talışcada “İşıqlı bulaq” analamını verməsi yenə bizim gözümüzdən yayınmadı. Məhz bu səbəbdən talış sözü şahlara tərif kimi işıqlı, parıltılı, cahcəlallı anlamı verən müraciət formasında işlədilib. Qızılbaşlığın davamçıları bugünkü Pakistan və Hindistanın ərazisində az deyil.

Talışlar Makedoniya və Hindistan:

Çox tədqiqatçıların qəbul etdiyi bir tezis vardır ki, eradan əvvəl 2ci minillikdə(təx. 3500 il öncə) Hindistan ərazisinə Arilərin miqrasiyası baş verib. Və məhz bu zamandan başlayaraq bu zəngin subkontinentin doğma dili Hind-Avropa dillərinin Hind-İran qolu olmağa başlayıb. İran dillərinin qərbə - İran yaylasına yayılması daha gec baş vermişdir. Hind-İran dillərinin şaxələri Hind-Arya, Nuristan və  İran dilləri qolları kifayət qədər leksik və fonetik oxşarlıqlara malik olduqları üçün dilçilər bu qrupu məhz Hind-İran dilləri kimi birləşdirirlər(analoji vəziyyət Balto-Slavyan dil qrupundadır). Klassik(vedik) ari dili nümunəsi kimi adətən Sanskrit dili təqdim edilir ki, bu dil də məhz talış və digər Hind-İran dilləri ilə çoxlu ortaqlığa malikdir. Zaman keçdikcə Hind-İran dilləri tədricən parçalanmış və bu sxem şəklində Talış dili formalaşmışdır.:

Prohindavropa> Hind-İran> İran> Qərbi İran>Şimal-Qərbi İran> Qədim Azəri dili(Tati və Talış ləhcələri)> müasir Talış dili. Talış dili ilə yanaşı miqrasiya prosesində Hindistan subkontinentindən Ari dili ilə yanaşı bu regionla bağlı olan qida məhsulları və ev heyvanları da gətirilmişdir. Bunun bariz misalı kimi vəhşi Hindistan turundan(latınca – bos taurus indicus) törəyən Zebu adlı mal-qaradır. Məhz qəbirlərdə Zebu rəsmləri(foto Maşxon kəndində Seyid Əhməd türbəsində) və fiqurlarına Fransız tədqiqatçısı Jak de Morqan özünün Talış diyarında tədqiqatları zamanı kütləvi  rast gəlmişdir (Lerikin Tuli, Coni, Mistan, Hiveri və Kraveladi adlı kəndlərində). Zebu cinsindən olan mal-qara İran talışlarında toylarda iki ailə arasında nikah əlaməti olaraq hədiyyə kimi verilirdi. Jak de Morqanın kitabından sizə onun burada rast gəldiyi zebu fiqurları və təsvirlərinə aid nümunələri göstəririk. Jak de Morqan göstərdiyimiz əsərdə məhz bunların Hindistanla əlaqəsindən söz açır. Oda arxeoloji olaraq bildirir ki, burada kı qədim qəbirlər Hindistanla bağlıdır.Morqan Talış bölgəsində(o vaxt Lənkəran qəzasında) Tovil, Kreveladi, Coni, Tuli, Kraveladi, Cocikəş, Aspahizə, Hovil, Mistan, Bradi, Hamarat, Mastail, Əliabad, Bobogil kəndlərində olmuşdur. Onun qeydlərində ən maraqlı olan hissə onun Talışda qədimdə dul qalmış qadınların özünü yandırması hadisəsidir ki, bu adət də ən çox son əsrlərdə Hindistanın Malabar adlanan hissəsində rast gəlinirdi və “Sati” adlanırdı. Əri ölmüş qadın özünə bunu böyük bir bəla kimi görür və könüllü olaraq özünü yandırmağa qərar verirdi. Maraqlıdır ki, Astaranın Butəsər kəndinin Malavan(ya da Malavani) məhəlləsi vardır. Ümumiyyətlə keçmiş Astara mahalında rast gəlinən yer adları özü-özlüyündə hind kökənli adlarla çox bənzərlik göstərir (məs, Tuli(tuli Hindistanın Malabar ərazisində yaşayan xalq) Palikəş (lələ Pali – Pali qədim Mauriya(qədim Hindistan) şahlığının dövlət dili idi).

Şəkil. Jak de Morqan. Tuli kəndi.

Səffat-əs-Səfa əsərində Butəsər kəndinin liman olduğu deyilir. Butəsərin ən böyük məhəlləsi olan Ağakərim məhəlləsində isə Nadir şahın hücumundan sonra onların Bəlucistandan( və yaxud Sind) gəlməsi hekayəsi vardır. Qeyd edək ki, bəluclar ana dillərinə görə talışlara yaxın bir xalqdır.  Butəsərə yaxın olan Kokolos kəndində Baba Məhəmməd ocağı vardır. O, və eləcə dəŞeyx Zahid Gilani Şeyx Cəmaləddinin ilk tələbələrindən olmuş və  Bombey(Mumbay) şəhərində təhsil almışdır. Din xadimlərinin Nəcəf və Bombeydə təhsil alması Talış xanı Qara xanın dövründə də (1747-1784) olmuşdur.  Qara xan tələbələrin Bombey şəhərlərində dini təhsil almaq üçün şəxsən maliyyə ayırırdı.

Digər məhsul kimi düyünün talışların mətbəxində öncül yer tutmasıdır. Nəzərə alsaq ki, plov (düyü aşı) sözü də Hindistanla bağlı olub mənası sanskrit dilində  “Pulaka” - “düyü dənəcikləri” anlamını verir. Daha sonra bu söz Hindi və Urdu dillərinə, Fars və Türk dillərinə keçir. Talışlar bu yeməyə polo deyir. Düyü sözü isə latıncada “oryza” olub olub, yunanca “oriza”dan keçmiş oraya da əfqan(puştu) dilindən “vrize” gəlmişdir. Sanskritcə isə “vrihis”dir. Talışlar düyüyə “bırz” deyir ki, bu da açıq aydın yaxın dil qohumluğa ilə bağlıdır. Çəltikçilik, bicar Talış diyarının ən öncül məşğuliyyəti olmuşdur və bu gün də saxlanılmaqdadır. Eləcə də Gilan və Mazandaran ərazisinin peyzajı da Cənubi və Şərqi Asiyanın mənzərələrini xatırladır. Bunun üzərinə gələk çayçılığın bu ərazidə inkişaf etməsi və Hind, Çin , Seylon, Rizə çayları ilə müqayisə oluna bilməsi də özü bir maraqlı görüntü yaradır. Çayçılıq digər sahələrdən fərqli olaraq yenidir.  Çörəklə isə talışlar sonra tanış olmuşlar.  Talışların qədim mərkəzi yerlərindən sayılan Astara mahalında şeyx və sufi təriqətində olan övliyalar və dərvişlər olmuşlar. Hamoşam kəndində Əfqani məzarı( kökən Əfqanıstandan olan), Siyaku kəndində əslən Dehlidən olan Bəxtiyar Kakinin törəmələri, Anbaranda hindistandan gəlmə rəvayəti saxlıyan müxtəlif nəsillər və bununla bitməyən dini təriqət olan “ Sahibe Dilan” başçılarından olan Bəhramşah Nourunji Şroffun 19 cü əsrdə yazdığı kitaba əsasən Dəmavənd dağı və Talışa səyahəti və Astaranın kəndlərinin adların çəkməsi bir daha göstərir ki, bu əlaqələr son dövrlərədək olub. Talışların bicar mahnılarının analizi zamanı xalq və mifik mahnıların çoxu Pəncabın xalq bicar mahnıların motivi ilə eynidir. Talışlarda olan bir çox köhnə adət-ənənələr Hindistanın şimalı ilə tam üst-üstə düşür( qadınların ərləri üçün oruc tutması-bax: mahnı Zəngi Yarım).

Bütün bunlar talışların Hindistan subkontinenti ilə sıx əlaqəsinin olmasını təsdiqləməkçün misallardır. İndi isə keçək daha maraqlı məsələlərə. Yəni, genetik araşdırmalara. 2017ci ildə Amerikanın Family Tree Dna labaratoriyasının  nəznində Talysh Dna Projectini yaradılmışdır. Burada aparılan testlərin nəticələri isə bizə maraqlı sonuclar verdi. Talışların Y-DNA ları kifayət qədər rəngarəngdir ( J2, R1a, R1b, R2a, T1a, G2, L, E1b1 , J1, I2 kimi haploqruplar tapılıb). Bu Y-DNA-lardan J2, E1b1, R1b, I2-lər ən çox Avropada-  Balkan yarımadası, Anadolu və İtaliya ilə  uyğunluq göstərirlər. J2 haploqrupunun bir qismi Balkan/Anadolu digəri(PH2725, FGC30649) isə Cənubi Asiya (Hindistan subkontineti – J2b) ilə uyğun subkladlara sahibdir. I2-M223 haploqrupu Balkan yarımadası və Mərkəzi Avropa ilə bağlıdır. E1b1b1(M35) subkladının L791, M34 və V22  subkladları da Cənubi Avropa, Balkan, Anadolu ilə bağlıdır. R1b haploqrupun talışlarda dərin analizi olmasada, bəzi talış nəsillərində PH4902 subkladı aşkarlanıb onun haqqında hələki yek dilli bir fikir yürütmək olmur, lakin o subklad Çindən-Qafqazadək tapılmışdır. R1b haploqrupun talışlarda L51 subkladıda aşkarlanıb bu sırf Avropa ilə bağlıdır.G2 haploqrupu talışlarda həm avropa həm də ön asiya ilə bağlıdır. J1 haploqrupun talışalarda Z1842 subkladı aşkarlanıb bu yerli qafqaz dillilərlə bağlıdır. R1a haploqrupun alt subkladları talışlarda analiz edilməyib lakin onların Z93 olması ehtimal olunur. Z93 subkladı böyük areala məxsus olsa da təkrarən Hindistan/Pakistanlada bağlı ola bilər. R2a, T1a (ərəb və hind), L haploqrupları isə ən çox Hindistanda rast gəlinən subkladlardandır. L-M20 haploqrupunun M27 subkladı talışlarda aşkarlanıb. Digər labaratoriyalarda olan tədqiqatlar göstərir ki, talışlarda olan L-M27 alt qolu Hindistan və Pakistanla daha yaxın ortaq əcdada malikdir. L-M20 haploqrupu həm Cənubi Talışda həm də Şimali Talışda aşkarlanıb. Bununla yanaşı R2( Hindistan) haploqrupu bir çox talış tayfalarında( Lerik Değ(Dırıq) ərazisi və Masallının Tüklə kəndi) tayfalarında çıxıb. T-M70 haploqrupu aşkarlananların içində ilk baxışdan ərəb kökənliyə oxşada “Yfull” komandasının ortaq əcdad hesablanmasına əsasən Bəhreyn xəlifə nəsli ilə ortaq əcdadı olan 2 min il yaşı olan talış kökənli tayfa vardır. Lakin bu Behreyn xəlifə nəslinin kökəni Bəluc kökənlidir. Bildiyiniz kimi bəluclar irandilli xalq olmaqla, həm də genetik kökənləri Şimali Hindistanla əlaqəlidir. Bu bir daha bizim fikirləri təsdiqləyir. Hələ digər talış tayfalarında T-M70 haploqrupunun yaxınlığı yalnız Benqaliya və Şərqi Hindistanladır. Məsələn, Talışların ən böyük tayfalarından sayılan Orand tayfasında hər bir qolunda bu haploqrup aşkarlanmışdır, onunda ən yaxın qohumları Hindistan və Benqaliya ilə bağlıdır. Talışlarda aşkarlanan Q1b haploqrupu isə yenə də elmi genetik bazada iranlılarla və hindistanlılarla ortaq 1700 illik əcdada malikdir. Bu tədiqatların genişlənməsi və dərinləşməsi insanaların bizə yardımından asılıdır. Lakin, aldığımız nəticələr bizim bu cür ikili “haploqrupların” çıxmasını belə xarakterizə etməyə imkan verir: Makedoniya və Hindistanı vahid dövlətdə birləşdirən insan Makedoniyalı İsgəndər(Aleksandr) Filipp oğlu olmuşdur. İsgəndər islam ölkələrində tanınmış tarixi böyük şəxsiyyətdir. Ona həm də Zülqərneyn, Buynuzlu və s. deyirlər.

Mənbələrdə qeyd olunur ki, İsgəndərin Butsefal (yunancadan tərcümədə “yekə baş”) adlı atı var idi. Həmin at öz kölgəsindən qorxurdu və heç kəs onu minməyə cürə edə bilmirdi. İsgəndər bu atı uşaq ikən ram edə bilmişdi. İsgəndər bu atla döyüşlərdə iştirak edərək Hindistan ərazisinə qədər gəlmiş və burada – Hidasp çayı yaxınlığına baş verən döyüşdə Pəncablı çar Porusu(Peros) məğlub edə bilmişdir. Lakin döyüşdə Butsefal döyüşdə ağır xəsarət alaraq öldü. İsgəndər böyük kədər içində öz atının adını əbədiləşdirmək üçün Pəncabda(farscada “beş su”- beş çayın olduğu yer) Butsefalia adlı(hazırda Pakistanın Pəncab vilayətinin Celam şəhərinə düşür) şəhər saldı. Butsefalia İsgəndərin Şərqdə saldığı çoxsaylı Aleksandriyalardan biri idi.  Talış mahalının ərazisində tarixən böyüklüyünə görə həmişə böyüklüyünə görə - Butəsər(Putəsər, Pensər) kəndi seçilmişdir. 1829-cu ildə Butəsər kəndi Astara mahalının ən böyük yaşayış məntəqəsi olmuşdur.

İsgəndər böyük bir ordu yaratmış və öz ordusu ilə - Makedoniya falanqası ilə Hindistanın şimalına kimi geniş əraziləri ələ keçirmişdir. O ,tutduğu ərazilərdə yeni şəhərlər salır yunan-makedoniyalıların yerli xalqalarla qarışmasına və Ellin(yunan) mədəniyyətinin burada yayılmasına səbəb olur. Yunan-Makedoniya ordusu qarnizonlar şəklində imperiyanın müxtəlif yerlərini qorumaqçün səpilir. Qeyd edək ki, tarixdə İsgəndərin Azərbaycan və eləcə də Talış diyarı ilə kontaktına aid bir sıra mövqelər vardır. Belə ki, bu cür görüşlərdən hətta dahi Nizami Gəncəvi də danışır(İsgəndərnamə əsərində Bərdə hökmdarəsi ilə görüşür) . İsgəndər Atropat ilə görüşür, burada yaşayan kadusilər adlı döyüşkən tayfalarla döyüş zamanı qarşılaşır və s. Atropatena sonra İsgəndər imperiyasının bir parçası olur. Lakin ən maraqlı cəhəti bu kontaktların Genetik tədiqiqatlarda özünü aydın göstərməsidir. İsgəndərin buralara gəlməsi və Atropatı satrap(Midiya torpaqlarının canişini) təyin etməsi onu göstərir ki, Atropat İsgəndərə yaxın adam idi. İsgəndər də bu ərazilərə məhz öz etibar etdiyi insanı canişin təyin etmişdir. Eyni zamdan tək Atropat deyil onun ətrafındakı əyanlar da Yunan-Makedoniya zadəganlarından olmalı idilər. Şərqin bu hissələrinin yunanlar tərəfindən yaxşı öyrəniləmisinin səbəbi odur ki, Yunanları bu əraziləri tutmuşdular və bu səbəbdən Albaniya, Atropatena kimi ölkələr onlarçün yad deyildi(Onlar özləri yerli camaatçün yad idilər. Necə ki, Hindistanda yadları “Ari” adı ilə adlandırırdılar). Bu səbəbdən elə Yunan mədəniyyəti burada yayılır və yerli mədəniyyətlərlə qarışaraq yeni çalar yaradırdı. Yunan ünsürü Hindistanda o zaman möhkəm qərar tutdu. Hindistana səyahət edən əslən Araxoziya(indiki Əfqanıstan və Şimali Pakistan) yunan mənşəli səyyah Meqasfen Hindistanı təsvir edən “İndika” əsərini də məhz buna görə yaza bilib. Həmin çağlarda Hindistan əzəmətli Mauriya şahlarının iradəsi ilə vahid dövlət halında birləşdirilmişdi. Yunanlar isə İsgəndərin yürüşlərindən sonra artıq müxtəlif ərazilərdə yerli camaatla qaynayıb-qarışmışdı.  Yunanların o torpaqların coğrafiyasını yaxşı bilmələri bir daha sübut edir ki, İsgəndər və ondan sonrakı diadoxlar(sərkərdələr) zamanında yunan əyanları burada güclü hakim qüvvə idilər. Talışlar da bu sistemdən kənara qala bilməzdilər. Məhz bu səbəbdən talışların Y-DNA haploqrupları bu cür ikili xarakter daşıyır və özündə həm “Hindistan”(R1a,L, T, R2), həm də “Yunan-Makedon”(J2,E,G2,I2,R1b) ünsürlərini saxlayır.  Beləliklə, talışların bir xeylisi Makedoniyalı İsgəndərin Şimali Hindistandakı Yunan-Makedon falanqasının döyüşçülərinin və buranın yerli əhalisinin törəməsi olması bizim fikrimizcə kifayət qədər əsaslı bir fikirdir və tədqiqatlar zamanı bu fikir təsdiqlənir. Bu sahədə tədqiqatların davam etməsinə və yeni faktların ortaya çıxmasına ehtiyac vardır.

Talışların etnogenezinə dair yeni fikirlər: tarixi faktlar, əsl həqiqətlər - ARAŞDIRMA
Talışların etnogenezinə dair yeni fikirlər: tarixi faktlar, əsl həqiqətlər - ARAŞDIRMA
Talışların etnogenezinə dair yeni fikirlər: tarixi faktlar, əsl həqiqətlər - ARAŞDIRMA
Talışların etnogenezinə dair yeni fikirlər: tarixi faktlar, əsl həqiqətlər - ARAŞDIRMA
Talışların etnogenezinə dair yeni fikirlər: tarixi faktlar, əsl həqiqətlər - ARAŞDIRMA

Oxşar xəbərlər