TALIŞXAN SADIXOV (1978-1997) -Şəhid

06 Sen 2020 17:06
491

Sadıxov Talışxan Xudakərim oğlu - 1978-ci ildə Lerik rayonunun Orand kəndində anadan olub.
1985-ci ildə Orand kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1995-ci ildə həmin məktəbin onuncu sinfini bitirib. Orta məktəbi bitirdikdən sonra 1996-cı il iyun ayının 5- də Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılan Talışxan Şəmkir rayonundakı hərbi korpusa ola salınır. Oradan isə Qazax rayonunda yerləşən hərbi hissəyə göndərilir.

1994-cü ildən atəşkəs rejiminin elan olunmasına baxmayaraq mənfur qonşularımız xain niyyətlərindən əl çəkmir, vaxtaşırı Milli ordumuzun mövqelərinə qəfil hücumlar təşkil edirlər.
Torpaqlarımızın müdafiəsində ayıq-sayıq keşik çəkən Talışxan dəfələrlə bu hücumların qarşısının alınmasında igidliklər göstərir.

Talışxan Sadıxov növbəti döyüşlərin birində 1997-ci il sentyabr ayının 15-də Qazax rayonunda qəhrəmancasına şəhid olub. Şəhidin cənazəsi doğulduğu kəndə gətirilərək torpağa tapşırılıb.

                                            Xalid MAHMUD - "Əbədiyyət yolçuları" kitabı

Oxşar xəbərlər