Tanınmış meyxanaçı “Vətən Müharibəsi Qəhrəmanı“na mahnı həsr edib- Video

31 Yan 2021 19:09
233

Ambur.az xəbər verir ki, 2011-ci ildə ANS TV-də keçirilən "De gəlsin" meyxana yarışmasının qalibi Valeh Lerikli Lerik şəhərində anadan olan II Qarabağ müharibəsinin şəhidi, hərbi hissə komandiri, tank komandiri, mayor Amid Rəbbil oğlu Heydərovun əziz xatirəsinə mahnı həsr edib.

Qeyd edək ki, 32 yaşında şəhid olan mayor Amid Heydərov "Aprel döyüşləri"ndə Lələtəpəyə ilk çıxan tankçı olmuş və həmin döyüşlərdə göstərdiyi xüsusi qəhramanlığına görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən vaxtından əvvəl ona kapitan rütbəsi verilmişdir. Eyni zamanda Amid "Tovuz döyüşləri"nin iştirakçısı olmuşdur.  Şəhid mayor Amid Rəbbil oğlu Heydərov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmiş və "Vətən müharibəsi qəhrəmanı" adına layiq görülmüşdür. 

Şəhidimiz haqqında ətraflı məlumat linkdə

https://ambur.az/qehremanlar-unudulmur-20661

Oxşar xəbərlər