Tanınmış qarmon ifaçısı Ağadadaş Abdullayev - 1934-1997

08 Sen 2021 16:44
811

Tanınmış qarmon ifaçısı Ağadadaş Mahmud oğlu Abdullayev 1934 -ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Uşaq yaşlarından musiqiyə maraq göstərmiş, məktəb illərindən öz fəaliyyət dərnəklərində qarmon ifa etmişdir. Sonralar həvəskar bəstəkar kimi tanınmış xalq mahnılarına, yerli şairlərin şeirlərinə  musiqi bəstələmişdir. Rəhbərlik etdiyi Lənkəran məktəblilərindən ibarət musiqi kollektivi ardıcıl olaraq 19 il uşaq və gənclər festivallarının qalibi olmuşdur. "Şənlik" xalq mahnısı və rəqs ansamblının tərkibində Polşada keçirilən dağ xalqları folkloru festivalında iştirak etmişdir. 1976- cı ildə "Lənkəranım" rəqs havası klarnet çalan Yüzbaşı Rzayevin ifasinda fonetikamizin qızıl fonduna daxil edilmişdir. İstedadli musiqi müəllimi olmuş, ömrünün sonuna qədər Lənkəran Şəhər 2 saylı Musiqi məktəbində işləmişdir. 1997 -ci ildə Lənkəran şəhərində dünyasını dəyişmişdir.

Allahverən Pərvizoğlu

Oxşar xəbərlər