Tanınmış siyasətçi, Partiya sədrinin 3 qardaşı cəbhə bölgəsində- Foto

25 Okt 2020 01:54
916

Ambur.az-ın xəbərinə görə, Azərbaycanın dilbər guşələrindən biri olan və qəhraman oğullar yetiştirən Lerik rayonunun Sori kəndindən olan tanınmış siyasətçi, Yeni Yol partiyasının sədri Ramil Hüseynovun 3 qardaşı- Ramid Hüseynli, Orxan Hüseynli və Nurlan Hüseynli hal-hazırda cəbhədə düşmənlə vuruşur. 

Orxan Hüseyinli və Nurlan Hüseyinli hərbiçidirlər, Ramid Hüseyinli isə könüllü olaraq cəbhəyə getmişdir. 

Hər 3 qardaş ailəlidir. Orxan Hüseyinlinin üç, Ramid Hüseyinlinin iki övladı var, Nurlan Hüseyinli isə ata olmağa hazırlaşır.

Ramil Hüseynovun ən yaxın dostu Mais Hüseynov bildirir ki, ataları Qələmirzə Hüseynov əvvəl pedaqoji fəaliyyətlə məşğul olmuş, 24 il Sori kəndində məktəb direktoru vəzifəsində işləmiş və daha sonra rayon Təhsil Şöbəsində metodist vəzifəsində işləmişdir. Hörmətli bir ağsaqqal olmuş, bir neçə ay əvvəl dünyasını dəyişmişdir. 

Şəkildə gördüyünüz solda Ramid Hüseyinli, ortada Orxan Hüseyinli və sağda Nurlan Hüseyinlidir.

 

 

    

Oxşar xəbərlər