Tarix müəllimi, Sosial Xidmətlər Agentliyinin 13 saylı filialının müdiri- Hüccətov Ramin

22 Sen 2021 11:35
525

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin 13 saylı filialının müdiri Hüccətov Ramin

Ramin Rafiq oğlu Hüccətov 1979-cu il martın 14-də Lənkəran şəhərində anadan olub. 1985-1996-cı illərdə tam orta təhsilini Lənkəran şəhər 2 nömrəli tam orta məktəbində alıb. 1996-2000-ci illərdə Lənkəran Dövlət Universitetində Tarix-ictimaiyyət fakültəsinin bakalavr pilləsini başa vurub. 2000-2002-ci illərdə Sərhəd Qoşunlarının Dəniz Briqadasında müddətli həqiqi hərbi xidmətdə olub. 
01.03.2002-ci il tarixdə təyinatı üzrə Lerik rayon Bobla kənd ümumi orta məktəbinə tarix müəllimi təyin olunub. 
31.08.2002-ci il tarixdən Lerik rayonu Piran kənd tam orta məktəbinə təyin olunub. 
15.09.2004- 30.09.2006-cı illərdə Lənkəran şəhər 9 nömrəli tam orta məktəbində tarixictimaiyyət fənləri üzrə müəllim təyin olunub. 
2006-cı ildə Yeni Azərbaycan Partiyasının üzvüdür, ayrı-ayrı vaxtlarda rayon partiya təşkilatında gənclər üzrə idarə heyətinn üzv seçilib. 
2007-2008-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunda “Təhsil Meneceri” ixtisası alıb. 
01.10.2007-28.11.2011-ci illərdə Lənkəran şəhər 9 nömrəli tam orta məktəbində direktor müavini işləyib. 2005-ci ildə “İnsan Hüquqları Məktəbi” pilot təhsil proqramında, 2007-ci ildə “İKT-nin təhsilə tətbiqi və idarəetmə sistemləri” kursunda və 2008-ci ildə “İKT-nin tədris prosesində səmərəli istifadəsi” kursunda iştiraklarıma görə sertifikatlar alıb. 
29.11.2011-ci il tarixdə dövlət qulluğu müsabiqəsindən uğurla keçərək 05.02.2019-cu ilədək Lənkəran rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsinə təyin olunub. Bu illərdə II dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsinə qədər yüksəlib. 
2012-ci ildə “Ümumi təhsil səviyyəsində yeni fənn kurikulumlarının tətbiqi” kursunu bitirərək 1-ci dərəcə sertifikatı alıb. 
23.06.2017-ci il tarixdə dövlət qulluqçularının peşə bayramı münasibətilə rayonda təhsilin inkişafındakı xidmətlərimi nəzərə alaraq şəhər Təhsil Şöbəsinin təqdimatına əsasən rəhbərlik tərəfindən fəxri fərmanla təltif olunub. 
07.02.2019-13.03.2019-cu il tarixlərində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Lənkəran rayon Məşğulluq Mərkəzində direktor müavini, 14.03.2019-cu il tarixdən direktor vəzifəsini icra edib. 
05 avqust 2020-ci il tarixdən 15 saylı Regional Ərazi Məşğulluq Mərkəzi Filialının müdir müavini vəzifəsində çalışıb.
2020-ci il 23 noyabr tarixindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin 13 saylı filialına müdiri təyin olunub.

         Allahverən Pərvizoğlu

Oxşar xəbərlər