Əzəldən talehin imtahan oldu,
İtirdin atanı, dünyan dar oldu,
Ananın nəfəsi sənə yar oldu.
Vətənlə özünü sandın bəxtiyar,
Xudaya yar oldun, igid Xudayar.
Şirin avazınla, şirin səsinlə,
Gülər çöhrən ilə, şirin sözünlə.
Qəlbləri fəth etdin düzgünlüyünlə.
Qismətin qarşına ərmağan oldu
Xudaya yar oldun, igid Xudayar.
Vətənə sevgini alıb kökündən.
Babaya, nənəyə bir ümid oldun.
Xəyalən dolaşıb elləri birbir
Dumandan özünə bir xeymə qurdun.
Xudaya yar oldun, igid Xudayar.
Sevdiyin anamız, vətən uğrunda,
Döyüşdün düşmənlə üz-üzə səndə.
Odlu silahını sıxıb sinənə,
Yurdunu işğaldan azad elədin
Xudaya yar oldun, igid Xudayar.
Köçdü baxışlara əbədi rəsmin.
Tarix səhnəsində bir tarix oldun
Qurtardın vətəni qəmdən qüssədən
Səndə əməlinlə bir örnək oldun
Xudaya yar oldun, igid Xudayar.
Vətən nəğməsini salıb dillərə,
Sevdiyin nəğməndə adına keçdi.
Xudayar təsnifi xatirə kimi,
Şəhid Xudayardan dillərə köçdü
Xudaya yar oldun, igid Xudayar
Xeyir dua verib Əlibaba müəllim,
Vətən nəğməsini halalın etdi.
Xudayar təsnifinə adını verib
Yaddaşlarda qoydu əbədi dastan.
Xudaya yar oldun, igid Xudayar...
Tar.üz.f.d b/m Məcidova Leyla Qadir qızı
Lənkəran Dövlət Universiteti