Təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları işçi axtarır.
Ambur.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, koronavirus (COVID-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri və Abşeron rayonu üzrə təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifələrinə yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar, həkim-infeksionistlər və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar.
İşə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə [email protected] elektron ünvanına müraciət etməlidirlər.
İşçilərdən ərizə (əlaqə nömrəsi qeyd olunmalıdır), şəxsiyyət vəsiqəsi, diplom, internatura vəsiqəsi, sertifikat və əmək kitabçası tələb olunur.