Tehranda Sepah-ın yüksək rütbəli zabitinə qarşı terror aktı törədilib - Fotolar

23 May 2022 14:58
64

İranın paytaxtı Tehranda İslam İnqilabı Keşikçilər Ordusunun polkovniki terrora məruz qalıb.

Ambur.az bildirir ki, bunu SalamNews Fars Agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, Sepah-ın vaxtilə Suriyada fəaliyyət göstərmiş polkovniki Səyyad Xudayi ötən gün günorta saatlarında Tehranda terror məruz qalıb.

Məlumata görə motosikletdə olan iki nəfər yaxın məsafədən ona atış açaraq qaçıblar.

Sepah-ın İctimaiyyətlə Əlaqələr Şöbəsinin məlumatına görə Səyyad Hərəm Müdafiəçilərindən olub və o elə evinin qarşısında terrora məruz qalıb.

Sepah, bu terror aktının İslam İnqilabına zidd olan və dünya hegemon cəbhəsi tərəfindən dəstəklənən ünsürlər tərəfindən həyata keçirildiyini bildirib və intiqam vəd edib.

Oxşar xəbərlər