Tehrandan İstanbula uçan təyyarə qəza enişi edib - Xəsarət alanlar var

08 İyn 2022 14:21
67

Tehrandan Türkiyənin İstanbul şəhərinə uçan təyyarə İsfahan hava limanında qəza enişi etmək məcburiyyətində qalıb.

Ambur.az bildirir ki, bunu İnterAz "MehrNews"a istinadən xəbər verir.

Qeyd edilir ki, İstanbuldan Tehrana uçan “Airbus” sərnişin təyyarəsi güclü külək səbəbindən İsfahanın Şəhid Beheşti hava limanına təhlükəsiz eniş edib.

Tehranın İmam Xomeyni hava limanında güclü küləyin yaratdığı turbulentlik səbəbindən stüardessa və bir sərnişin qolundan və çiynindən xəsarət alıb və təcili tibbi yardım maşınları ilə İsfahan hava limanında tibb məntəqələrinə aparılıblar.

İsfahan əyalətinin böhran idarəsi üzrə baş direktor Şişe Foruş bildirib ki, hazırda sərnişinlər hava limanının tranzit zalında, təhlükəsiz yerdədilər.

Oxşar xəbərlər