Təhsil naziri 6 rayonun təhsil ictimaiyyəti ilə görüşüb

02 Mrt 2022 16:17
324

Martın 2-də təhsil naziri Emin Əmrullayev Lənkəran rayonuna səfəri çərçivəsində Lənkəran-Astara Regional Təhsil İdarəsinə daxil olan  Lənkəran, Masallı, Astara, Cəlilabad, Yardımlı və Lerik rayon təhsil şöbə müdirləri, müdir müavinləri və məktəb direktorları ilə görüşüb.

Ambur.az Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, görüş zamanı sözügedən bölgələrdə təhsil sahəsi üzrə mövcud problemlər və onların həlli ilə bağlı fikirlər səsləndirilib, təhsilin keyfiyyətinin artırılması  istiqamətində atılan addımlar və görüləcək işlər müzakirə olunub.

Görüşdə yerli təhsili idarəetmə qurumlarının gələcək fəaliyyəti ilə bağlı müvafiq tapşırıqlar verilib,  həmçinin təkliflər dinlənilib və suallar cavablandırılıb.

Oxşar xəbərlər