Tərtərdə iki nəfər minaya düşüb

01 Okt 2022 16:46
135

Tərtərdə iki nəfər rayon sakini – 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu və 1976-cı il təvəllüdlü Bayramov Rəfayıl Köçəri oğlunun Səhləbad kəndində hərbi sursatla ehtiyatsız davranması nəticəsində partlayış baş verib.

Ambur.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Üçüncü sovxoz adlanan ərazisində baş verib.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların ayaqlarının amputasiya edildiyi bildirilir.

Oxşar xəbərlər