Təyyub Ağazadə - ŞEİR

19 Avq 2021 17:58
145

           MASALLI

Talış diyarının mirvarisidi, 
Hüsnündə yaşayır əzəmət, vüqar.
Kiçiyə ehtiram, böyüyə hörmət,
Ən gözəl adətlər Masallıda 


Qaraxan bulgı dərdlərə dərman,
"Viləş" çay can verir torpaga daşa.
Zəhmətkeş, mərd, igid oglanlarınla,
Yaşa ay Masallı, yaşa min yaşa.


Bu yurdun üstündə tanrının əli,
"İstisuyu neçə dərdə dərmandı.
Hər çiçəyin , hər otun öz sirri var,
Təbiət özü burda bir logmandı.


Burda halallıga söykənib həyat,
Hamının ürəyi səxavətlidi.
Bu yerdə başqadır qonagın yeri,
Burda uşaqlar da xoş niyyətlidi.


Bəşir, Qüdrət kimi saysız-hesabsız,
Ürfan sahibləri yaşayıb burda.
Elin kədərini, dərdi-sərini,
Öz çiyinlərində daşıyıb burda.


Mirheydər aganı ziyarət edən,
Agrını-acını unudub gedir.
Məhrum Mirtağının, Seyid Sadığın,
Ocagı çoxunun dadına yetir.


Gör neçə nəğməkar bülbüllər burda,
Gözəl mahnılardan çələng toxuyub.
Baloğlan, İsrail, Həbib, Firidun,
Səs salıb dünyaya meydan oxuyub.


Azad Talışoğlu, bu yurdun oğlu,
Bir vaxt meydanlarda söz oynadıbdı.
Şeirləri dillər əzbəri olan,
Bu yerin bir Tofiq İlhamı vardı.


Camal Lələzoə, Xanəli Tolış,
Ömrünü şeirə baglayıb burda.
Vaqif Yusifoglu, Əlyar Şirəli,
Büllur bulaq kimi çaglayıb burda.


Neçə qəhrəmanı Vətən yolunda,
Qanlı döyüşlərdə alovdan keçdi.
Ölümün gözünə dik baxa-baxa.
Şəhidlik, şəhadət şərbəti içdi.


Tanrıya imanı, etiqadıyla,
Bənzəri olmayan yerdi Masallı.
Neçə övliyalar uyuyur burda,
Ocaqdı, türbədi, pirdi Masallı.

         Təyyub AĞAZADƏ
 

Oxşar xəbərlər