The Hill: ABŞ Ankaranı NATO-nun Qara dənizə çıxışına icazə veriləcəyinə inandırmalıdır

23 May 2022 15:05
90

"ABŞ höküməti Finlandiya və İsveçin NATO-ya qoşulması ilə bağlı Türkiyə ilə müzakirələr çərçivəsində Ankaranı inandırmalıdır ki, NATO gəmilərinin Qara dənizə çıxışına icazə veriləcək".

Ambur.az "TASS"a istinadən xəbər verir ki, bu fikri ABŞ müdafiə nazirinin keçmiş köməkçisi, Yorktoun İnstitutunun yaradıcısı və prezidenti Set Kropsi "The Hill" qəzetində dərc olunan məqaləsində bildirib.

Kropsinin fikrincə, İsveç və Finlandiyanın NATO-ya daxil olması “Şimali Atlantika Alyansı və ABŞ üçün strateji fayda verərdi". Stokholm və Helsinkinin alyansa daxil olmasına qarşı çıxan Ankaranın mövqeyi isə Vaşinqton administrasiyası üçün “diplomatik siqnal”dır. 

Onun sözlərinə görə, ABŞ prezidenti Co Bayden cəld hərəkət etməli, Ərdoğanın motivlərini nəzərə almalı və NATO-nun uzunmüddətli mövqelərini gücləndirmək üçün Türkiyəni düzgün şəkildə cəlb etməlidir. 

"Amma ABŞ Türkiyəni sadəcə ələ almamalıdır. Bunun müqabilində onlar NATO donanmasının Qara dənizdə olmasına Türkiyənin razılığını almalıdırlar. Türkiyə üçün bu, onun Ukrayna və Rusiya Federasiyası arasında diplomatik roluna xələl gətirə biləcək gərginləşdirici qərar olar, lakin NATO bununla böyük strateji faydalar əldə edəcək", deyə Kropsi əlavə edib. 

Oxşar xəbərlər