Tibb elmlər doktoru, professor-nefroloq Mehman Ağayev

17 Yan 2021 15:43
651

Tibb elmlər doktoru, professor-nefroloq, Azərbaycan Tibb Universitetini Tədris terapevtik klinikasının Efferent terapiya mərkəzinin rəhbəri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş nefroloqu.

Mehman Ağayev 31 avqust 1946-cı ildə Masallı rayonunun Mahmudavar kəndində anadan olub. 1962-ci ildə orta məktəbi qızıl medalla bitirib. 1968-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini fərqlənmə diplomu ilə bitirib. 1968-ci ildən 1970-ci ilə qədər Leninqrad Elmi-Tədqiqat Neyrocərrahiyyə institutuna kliniki ordinaturaya göndərilmişdir. 1971-ci ildən Respublika Klinik Uroloji Xəstəxanasında həkim-nefroloq kimi işləmişdir. 1976-cı ildə Respublika Klinik Uroloji Xəstəxanasında “Böyrəkköçürmə və hemodializ şöbəsi”nin müdiri təyin olunmuş və eyni zamanda Elmi-Tədqiqat Kliniki və Eksperimental Təbabət İnstitutunun “Hemodializ və Böyrəkköçürmə Laboratoriya”sında baş elmi işçi, 1983-cü ildə həmən laboratoriyanın müdiri seçilmişdir. 1986-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə Institunda nefrologiya kafedrasnın professoru vəzifəsinə seçilmiş və professor adını almısdir. 1990-cı ildə Azərbaycan Tibb Universitetinin I Daxili xəstəliklərin propedevtikası kafedrasının professoru seçilmiş və hal-hazıradək həmin vəzifədə çalışır.

2010-cu ildə Azərbaycan Pespublikasının “Əməkdar Həkimi” fəxri adına layiq görülmüşdür.
1975-ci ildə «Kəskin və xronik böyrək çatışmazlığı zamanı ürək-damar sisteminin vəziyyəti» mövzusunda tibb elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə etmisdir.
1986-cı ildə «Xroniki böyrək çatışmazlığında qan dövranı pozğunluqları» mövzusunda tibb elmləri doktoru elmi dərəcəsini almaq üçün Seçenov adına I Moskva Tibb İnstitutunda dissertasiya müdafiə etmisdir.
270-dən artıq elmi əsərin, o cümlədən 12 monoqrafiyanın, 2 elmi-tədris filmin, 1 ixtiranın müəllifidir.
2011-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş Nefroloqu seçilmişdir. 
1993-cü ildə Bakı səhəri 2 saylı kliniki xəstəxanasında ixtisaslaşdırılmış Nefroloji və 2006-cı ildə Hemodializ şöbələrini açmış və onlara rəhbərlik edir.
2010-cu ildən eyni zamanda Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Efferent Terapiya Mərkəzinin müdiri təyin olunmuşdur.

Üzv olduğu qurumlar haqqında qısa məlumat:
1. İnternational Society of Nephrology
2. European Renal Association –European Dialysis And Transplant Association
3. Turkic World Transplantation Society
4. Nefrologiyanın İnkişafına Yardım” ictimai birliyi- sədr

Mənbə: Facebook. MASALLININ TANINMIŞLARI -Faiq Hüseynzadə

Oxşar xəbərlər